Əsas Səhifə > Hadisə > MƏRDAN CAMALOVUN RAYONUNDA SAHİBKARLAR ÜSYANA QALXDI
MƏRDAN CAMALOVUN RAYONUNDA SAHİBKARLAR ÜSYANA QALXDI4-11-2013, 10:36 |
Şirvan şəhərində fəaliyyət göstərən "Şirvan" ticarət mərkəzində sahibkarlar üsyana qalxıb. Buna səbəb icarə haqlarının gözlənilmədən, kəskin şəkildə artırılmasıdır. 300-dən artıq sahibkar ticarət mərkəzinin həyətinə toplaşaraq etirazlarını bildirir. Bu barədə musavat.com-un əməkdaşına məlumat verən mənbənin sözlərinə görə, əvvəllər ticarət mərkəzində yer haqqı müqavilələrdə kvadratmetrə 5 manat göstərildiyi halda indi yarmarkanın rəhbərliyi onlardan 8 manat tələb edir. Üstəlik hər piştaxtaya görə 60 manat ödəyənlər indi 80 manat ödəməlidirlər. Sahibkarların narazılığı elə bir həddə çatıb ki, hadisə yerinə Şirvan şəhər İcra Hakimiyyətinin və Polis İdarəsinin məsul şəxsləri, digər işçiləri də gəliblər. Ancaq ticarət mərkəzinin rəhbəri Hacı Əvəzağa onların arasında yoxdur. O, sahibkarları, hakimiyyət adamlarını qarşı-qarşıya qoyaraq yoxa çıxıb. Geri qayıt |