Əsas Səhifə > Ölkə > ANS-DƏ “YARPAQ TÖKÜMÜ” DAVAM EDİR
ANS-DƏ “YARPAQ TÖKÜMÜ” DAVAM EDİR29-09-2011, 11:59 |
TELEKANALI DAHA BİR APARICI TƏRK ETDİ ANS telekanalında “yarpaq tökümü” davam edir. Modern.az saytının əldə etdiyi məlumata görə, bu günlərdə telekanalın daha bir aparıcı əməkdaşı işdən çıxıb. Bu, ANS-in iqtisadiyyat xəbərləri üzrə müxbiri Neyman Səfərəliyevdir. Məlumatı ANS-in əməkdaşları da təsdiqlədilər. N.Səfərəliyevin özü ilə isə danışmaq cəhdimiz alınmadı. Xəbərə görə, onun işdən getməsi əməkhaqqı məsələsilə bağlıdır. Jurnalistin dostları saytımıza bildirdilər ki, N.Səfərəliyev hazırda işsizdir. N.Səfərəliyev 6 ildən çoxdur ANS-də çalışırdı. Telekanalda işləməzdən öncə o, “Ekspress” və “İki sahil” qəzetlərində iqtisadi mövzularda yazıb. Geri qayıt |