Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANI DİZ ÇÖKDÜRƏCƏK NURÇULAR KİMDİR?

AZƏRBAYCANI DİZ ÇÖKDÜRƏCƏK NURÇULAR KİMDİR?


2-11-2013, 13:22
AZƏRBAYCANI DİZ ÇÖKDÜRƏCƏK NURÇULAR KİMDİR?
DİA.AZ: - Keçən günlərdə Azərbaycanı üzə biləcək ən böyük təhlükələrdən biri – VƏHABİ problemi ilə bağlı bilgilərimizi diqqətinizə təqdim etdik. Və bunun maraqla qarşılandığını nəzərə alaraq bu dəfə digər bir təhlükə barədə faktalrla sizi tanış edirik. Bu gün ola bilsin ki, onlar təhlükə hesab olunmurlar. Elə zamanında qardaş Türkiyədə də onları təhlükə kimi görmürdülər. Amma indi onlar Türkiyədə nəinki hakimiyyətdədirlər.

Həm də hər yerdədirlər. Və hətta Türkiyənin 70 illik cümhuriyyət ənənəsini belə darmadağın edərək, öz sistemlərini, öz dərin dövlətlərini qura biliblər. Bəli, söhbət nurçulardan gedir. Zamanında kürd millətmisi Səid Nursi tərəfindən xəyali Kürdüstanın “dövlət dini” kimi yaradılan NURÇULUQDAN... Bu gün Ərdoğan iqtidarının minlərlə türkün qanını axıtmış PKK-nı bir tərəf kimi qəbul edib, az qala bağrına basmasının kökündə də məhz bu məqam dayanır... Səid Nursidən gəlmə ənənə...

Bildirək ki, buna qədər də sözügedən mövzu ilə bağlı oxucularımızı bilgiləndirmişik. Keçən günlərdə açıqladığımız faktlarla sübuta yetirmişdik ki, əslində Azərbaycanda müxtəlif təriqətlərin gələcəyə hesablanmış təhlükə mənbəyi, gələcəkdə partlaması nəzərdə tutulan basdırılmış minalar olduğu hər kəsə məlumdur. Hətta bildirmişdik ki, bu barədə dövlətin başında oturan mübarək simalarmıza da məlumatlıdır. Amma buna baxmayaraq, vətənimiz müstəqil olandan bəri ayrı-ayrı dini cərəyanların rahat-rahat hərəkət edə bildiyi bir poliqonu xatırladır.

Təbii ki, bunun başlıca günahkarı və səbəbkarı məhz bəzi işbaz məmurlardır. Adını “tolerantlıq” qoyub Azərbaycan dövlətini təhlükəli təriqətlərin oylağına çeviriblər.

Hansını misal çəkək: vəhabilərimi, nurçularımı, krişnaidlərimi, В«Yehova şahidləriВ»nimi, baptistlərimi, В«BirlikВ» kilsəsinə tapınanlarımı?... Bir sözlə, Azərbaycanda bu gün olmayan dini inanc növü qalmayıb. Müxtəlif şirnikləndirici təkliflər və pul qarşılığında özlərinə tərəfdaş toplamağa müəssər olan bu kimi dini cərəyanların yeganə silahı vətəndaşlarımızın maddi sosial rifah halının olduqca aşağı olmasıdır.

Yəni onlar insanlarımızın problemlərindən istifadə edərək öz şəbəkələrini günü gündən genişləndirirlər. Bu istiqamətdə dəfələrlə həyəcan təbilinin çalınması da yetərsizdir. Hətta dövlətin ayrıca cavabdeh strukturu olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsənin dəfələrlə təriqətlərin təhlükə həddinə çatması barədə xəbərdarlıqları da yetərsiz qalır. Bu isə təbii ki, bir TƏBİİ PROSESDİR. Yəni belə də olmalıdır. Çünki Azərbaycandakı təriqətlərinin hər birinin arxalandığı konkret çevrələr, konkret qüvvələr var ki, bu güclər də məhz vəzifə başında oturan ayrı-ayrı işbaz məmurlardır.

Redaksiyamıza açıqlanan faktlarda isə Azərbaycanda az qala 20 ildir ki, fəaliyyət göstərən və açıq-aşkar təhlükə mənbəyi hesab olunan nurçuların iqtidar içindəki haimləri ilə bağlı ilginc məlumatlar yer alıb.

Bildirək ki, DİA.AZ-ı məlumatlandıran şəxs bir zamanlar nurçularla sıx təmasda olub və hətta onların ən etibarlı fiqurlarından biri kimi qələmə verilib. Lakin son altı ay ərzində nurçuların əsl mahiyyətindən xəbər tutan həmsöhbətimiz bizə çox dəhşətli faktları açıqladı:

В«Azərbaycanda nurçular artıq iki nəsil yetişdiriblər. Bu vətəndaşlarımız Azərbaycan üçün itirilmiş hesab oluna bilər. Çünki onlar nurçular tərəfindən zombiləşdirildiyindən həmin vətəndaşlarımızın Azərbaycana hansısa formada fayda verə biləcəyini güman belə etmək olmazВ».

Həmsöhbətimizin əsas vurğuladığı məqam isə Azərbaycanda böyük biznes şəbəkəsinə malik olan və arxalarında böyük siyasi güc olan nurçuların hamiləri ilə bağlı oldu.

Azərbaycanın В«yerli qaydalarınaВ» hər zaman riayət edən nurçuların arxalandıqları məmurlara çox ciddi pullar qazandırdığını bildirən həmsöhbətimiz onu da bildirdi ki, məhz həmin işbazların hesabına nurçulara В«gözün üstündə qaşın varВ» deyən yoxdur: В«Nurçular üçün hər yerdə yaşıl işıqdır. Təsəvvür edin, bir təriqət Azərbaycanda hətta telekanala da sahibdir. Doğrudur, burada Türkiyənin özündə də nurçuların iqtidarda olması önəmli rol oynayıb. Amma istənilən halda bu gün В«XəzərTVВ» kimi telekanalın mövcudluğu Azərbaycanın dövlət müstəqilliyini şübhəyə alan bir faktordurВ».

Onu da qeyd edək ki, həmsöhbətimiz nurçuların Azərbaycandakı əsas dayaqları ilə bağlı olduqca ilginc faktları redaksiyamıza təqdim edib.

Mənbənin bildirdiyinə görə, bu gün himayədarları nurçulardan qidalanırlar, hətta demək olar ki, açıq şəkildə aylıq haqq da alırlar: В«Onlara hər ay koknert məbləğdə vəsait təqdim olunur. Bu barədə dövlətin müvafiq qurumları qısa müddət içində dəqiq bilgi əldə edə bilərВ».

Mənbənin sözlərinə görə, nurçular bu vəsaiti hakimiyyət içində lobbiçiliklərinin aparılması məqədilə verirlər: В«Əslində bu normal bir haldır. Məsələn, dünyanın hər yerində, hətta ABŞ-da da ayrı-ayrı bu kimi təşkilatlar öz lobbiçiliklərinin yürüdülməsi naminə pul xərcləyir, ayrı-ayrı dövlət adamlarını, deputatları ələ alırlarВ».

Nurçularla bağlı iginc faktlarını açıqlayan mənbəmiz onu da vurğuladı ki, digər təriqətlərin təqib edildiyi halda nurçuların Azərbaycanda azad şəkildə fəaliyyət göstərməsi əslində lobbiçiliklərini düzgün qura bilmələrinin nəticəsidir: В«Özbəkistanda, Rusiyada bu təriqət tamamən qadağan edilib. Amma Azərbaycanda günü-gündən çiçəklənir və genişlənirlər. Hər halda, bu onların lobbilərinin fəaliyyətinin təzahürü kimi qəbul edilməlidirВ».

Araşdırmalarımız davam edir…

Geri qayıt