Əsas Səhifə > Güney Press / Manşet > ŞƏKİDƏ VƏZİFƏLİ ŞƏXS ÖZ QOHUMUNA MÜSİBƏT YAŞADIR
ŞƏKİDƏ VƏZİFƏLİ ŞƏXS ÖZ QOHUMUNA MÜSİBƏT YAŞADIR2-11-2013, 12:43 |
![]() DİA.AZ: - Şəki rayonu Oxud kənd sakini, 1956-cı il təvəllüdlü Məmmədova Rufaət Məmmədhənifə qızı elə öz yaxın qohumları tərəfindən başına min bir müsibətin açılmasından şikayətçi düşüb. Bununla bağlı DİA.AZ-ın elektron ünvanına bir neçə dəfə müraciətini yollayan Şəki sakini bildirir ki, yaxın qohumlarının bu özbaşınalığı məhkəmələrimiz tərəfindən də В«qanuniləşdirilirВ» ki, bu da onda məhkəmələrin rahatlıqla alınıb-satılması qənaətinə gətirib. Narazı vətəndaş yazır ki, bir əsrdən artıq yaşı olan ata-baba mülklərinə yaxın qohumları, Şəki VVADQ-nın müdirəsi Əfəndiyeva Ruhəngiz Hüseyin qızı tamah salıb: В«Bizə ilk əvvəl evimizi satmağı təklif etdi və biz də buna razılaşmadığımızdan vəzifəsindən və həm də maddi imkanlarından istifadə edərək bu gün bizi ata-baba mülkümüzdən etməyə çalışırВ». Vətəndaş bildirir ki, əlindəki maddi imkanlara görə, məhkəmələr asanlıqla onun xeyrinə qərar çıxarır, dövlətin sənədləri saxtalaşdırılır: В«Öz ata-baba evimizdə oturub, birtəhər kasıbçılığını edən insanlarıq. Amma Ruhəngiz Əfəndiyevanın geniş imkanları var. Oğlunu da Şəki Apellyasiya Məhkəməsinə işə düzəltdirib. Belə bir imkana və əlaqəyə malik olan bir GÜCLƏ biz kasıb adamların üz-üzə gəlməsi təbii ki, imkansızdırВ». Vətəndaş bildirir ki, hazırda onların evləri ilə Ruhəngiz Əfəndiyevanın evləri bitişikdir: В«O, bizim evi ələ keçirmək istəyir və hətta saxta yolla, pul gücünə öz adına müvafiq sənədlər də çıxarıb. Bizi hər gün hədələyir. Məni və bacımı ölümlə təhdid edir. Kəndçinin qapısında mal-heyvan olar. Bizə hətta heyvan saxlamağı da qadağan etməyə qalxıb. Yerli polis də onun sözünü eşidir. Bizi isə eşidən yoxdur. Problemimizlə bağlı bütün dövlət qurumlarına müraciət etsək də, bizə qarşı edilən bu haqsızlığa çarə qılan yoxdurВ». Onu da bildirək ki, Rufaət Məmmədovanın şikayətçi düşdüyü Ruhəngiz Əfəndiyeva onların əmilərinin gəlinidir. Bu barədə danışan şikayətçi bildirir ki, əmilərinin gəlini onların ata-baba mülklərini satın ala bilmədikdən sonra saxta texniki pasport düzəldərək, evlərinə sahiblənməyə çalışır və bu gün onları məhkəmələrə çəkməkdədir. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |