Əsas Səhifə > Güney Press / Manşet > SƏLİM MÜSLÜMOV NAZİRLİYƏ KÖHNƏ DƏST-XƏTTİ GƏTİRİR
SƏLİM MÜSLÜMOV NAZİRLİYƏ KÖHNƏ DƏST-XƏTTİ GƏTİRİR2-11-2013, 12:05 |
![]() DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra Səlim Müslümovun həyata keçirdiyi kadr islahatları onun əslində daha çox qisasçılığa meyilli olmasını ortaya qoydu. Belə ki, onun ilk В«vurduğuВ» kadrlar məhz zamanında artıq keçmiş nazir hesab olunan Fizuli Ələkbərov tərəfindən böyük etimadla önə çəkilən gənc mütəxəssislər oldu. Bu fakt isə daha çox qisasçılıq meyillərindən xəbər verməkdə idi. Bildirək ki, Səlim Müslümovun hələ Dövlət Sosial Müdafiə Fondunun rəhbəri olduğu dönəmlərdə Fizuli Ələkbərovla münasibətlərinin gərgin olduğu kifayət qədər anlaşılan idi. Bu günə kimi onların hansısa formada bir tədbirin altına imza atdıqlarını nə görən olmuşdu, nə də eşidən. Halbuki istiqamət baxımından eyni sahəyə cavabdeh olan bu iki fiqurun dövlət əhəmiyyətli ortaq layihələri, əlaqəli fəaliyyətləri yetərincə olmalı idi. Amma bu iki dövlət qurumu 22 oktyabr tarixinə qədər - Fizuli Ələkbərovun vəzifəsindən alındığı, Səlim Müslümovun DSMF-dən nazir postuna gətirildiyi dönəmə qədər sanki rabitəsiz kimi fəaliyyət göstərdilər. Məlumat üçün bildirək ki, Səlim Müslümovun vəzifəsindən aldığı və Fizuli Ələkbərova yaxın hesab olunan kadrların görəvə hansısa maddiyyatın müqabilində təyin olunmadıqlarını hər kəs yaxşı bilirdi. Ümumiyyətlə, antikorrupsiya dalğası start götürüləndən sonra ƏƏSMN yeganə nazirlik idi ki, məlum prosesə ayaq uydurmağa çalışırdı. Amma görünəni o oldu ki, daha çox korrupsiyalaşmış bir qurumdan alınan Səlim Müslümov nəinki mövqelərini qorumağa müvəffəq oldu, əksinə, hətta nazir vəzifəsinə qədər irəliləyə bildi. Kimdir Səlim Müslümov? Onun adının bu çağacan hansısa qruplaşmada iştirakçı kimi hallanmadığı məlum olsa da, Səlim Müslümovun çox ciddi maliyyə şəbəkəsinə, həmçinin vəzifə başında olan В«qohum-əqrəba institutunaВ» malik olduğunu hər kəs yaxşı bilir. Və bu gün ƏƏSMN-ni Fizuli Ələkbərovun kadrlarından В«təmizləməyiВ» məqsəd edən Səlim Müslümovun öz yaxın çevrəsini nazirliyə gətirməyə hazırlaşdığı da söylənilir. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq yeni nazirin iki yaxın qohumunun ƏƏSMN-ə aid strukturlarda görəvləndiriləcəyi şübhəsizdir. Mənbənin söylədikləri: В«Səlim Müslümov hələlik vəzifə başında yeni olduğundan onu bəlkə də bu gün baş verənlərlə əlaqədar ittiham etmək doğru olmazdı. Çünki В«nə yatıb, nə də yuxu görsünВ» məsələsi var. Amma bir məqam da var ki, artıq Səlim Müslümov nazirlikdə öz prinsiplərini yeritməyə vaxt tapa bilibВ». Mənbəmiz iddia edir ki, ƏƏSSMN-ə aid strukturlara yeni nazirin adından təlimat da verilib: В«Təbii ki, bu təlimat yeni nazirin hədəfinə çevrilmək istəməyənlər, vəzifə başında qalmaqş istəyənlər üçün bir siqnaldır. Təlimata görə, hər bir vəzifəli şəxs əgər işini qorumaq istəyirsə, mütləq şəkildə bunun bədəlini ödəməlidirВ». Mənbəmizə görə, artıq yerlərdən ƏƏSMN-nin yeni rəhbərliyinin tləimatına əməl edilməsi üçün ciddi hərəkətlənmə var: В«Hətta ƏƏSMN-nin rayon şöbələrinə sədr gəlmək istəyənlər də bu gün nazirliyin qapısı ağzında yatırlarВ». Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |