Əsas Səhifə > Güney Press / Manşet > PİRALLAHI YOLUNDA EVLƏRİ YIXILANLAR ÜSYANA QALXDI
PİRALLAHI YOLUNDA EVLƏRİ YIXILANLAR ÜSYANA QALXDI2-11-2013, 11:30 |
![]() DİA.AZ: - Son zamanlar vətəndaşların plana düşən evlərinin müqabilində haqsızlıqlarla üzləşməsi də sanki bir ənənə halını alıb. Və artıq demək olar ki, ənənəyə çevrilən bu kimi hallar insanları çilədən çıxardığından ölkədə növbəti sosial partlayışın baş vermə ehtimalları da olduqca yüksək görünür. Elə Qala-Pirallahı yolunun genişləndirilməsi zamanı evləri sökülən sakinlər də haqsızlığa məruz qaldıqlarını deyirlər. Evləri və obyektləri sökülən insanlar onlara kompensasiya məqsədilə təklif olunan qiymətlərdən narazıdırlar. Bu barədə məlimatı redaksiyamıza müraciəöt edən sakinlər bildirirb. Narazı vətəndaşlar DİA.AZ-a məsələnin haqq-ədalət və qanun müstəvisində həll olunmasını istədiklərini bildiriblər. Sakinlər ölkə başçisi İlham Əliyevin televiziya və mətbuatda Bakı və ətraf qəsəbələrdə yol lahiyəsinə duşən şəxsi əmlakın sökülməsinə görə kv/m-ə 1000-1500 manat civarında kompensasiya ödənilməsi haqqında açıqlama verdiyini bildiriblər. Amma buna baxmayaraq Qala-Pirallahı yolunun çəkilməsiylə məşgul olan Azəryolserviz ASC cəmiyyətinin əməkdaşları həmin əraziyə düşən şəxsi evlərə və obyeklərə kv/m 150-400 manat civarında təklif ediblər. Sakinlər bu qiymətə Bakıda nə ev, nə də ticarət obyekti tikməyin mümkünsüz olduğunu bildirirlər. Qeyd edək ki, “Azəryolservis” ASC cəmiyyəti o ərazidə sökülən və sökülməyən şəxsi əmlakların sahiblərinə heç bir sənəd təqdim etməyib ki, bu da qanuna ziddir. Geri qayıt |