Əsas Səhifə > Sosial, Manşet > BİR NEÇƏ MƏHKƏMƏ HAKİMİ HƏBS OLUNA BİLƏR

BİR NEÇƏ MƏHKƏMƏ HAKİMİ HƏBS OLUNA BİLƏR


26-01-2012, 13:09
BİR NEÇƏ MƏHKƏMƏ HAKİMİ HƏBS OLUNA BİLƏR

QURBANLAR ARASINDA SUMQAYIT MƏHKƏMƏSİNİN SƏDRİ DƏ VAR

DİA.AZ: - Hər zaman Azərbaycanın məhkəmə sistemi beynəlxalq qurumların əsas hədəflərindən biri olub. Yəni Azərbaycana qarşı tutulan iradlarda yerli məhkəmələrimizin ədalətsiz mövqeyi xüsusi olaraq vurğulanıb. Təsadüfi deyil ki, son olaraq səsləndirilən beynəlxalq hesabatlarda da lkəmizin ədliyyə sisteminə qarşı çox ciddi iradlar var.

Doğrudur, bu iradlar hakimiyyət tərəfindən hər zaman etirazla qarşılanıb hətta bu günlərdə «Freedom House»nin hesabatına YAP-dan çox ciddi təpgilər də verildi. Amma buna rəğmən, əldə etdiyimiz məlumatlarda bildirilir ki, nəhayətdə rəsmi Bakı beynəlxalq qurumların marağına işləyən bir sıra islahat xarakterli addımların atılmasını planlaşdırır. Söhbət bir neçə hakimin korrupsioner kimi vəzifəsindən uzaqlşdırılmasından gedir. Qeyd edək ki, Mədət Quliyevin Penitensiar Xidmətə rəhbər gəlişindən sonra bu istiqamətdə müəyyən yeniliklər edilib, amma məhkəmə sistemi hələ də bərbadlığını qorumaqdadır.

Xatırladaq ki, hakimiyyətin korrupsiyaya qarşı mübarizə apardığını elan etdiyi ilk günlərdə məhkəmə orqanları ilə bağlı da müəyyən «tədbirlər» həyata keçirildi. Amma bu «tədbirlər» kosmetik mahiyyət daşıdığından beynəlxalq «hücumlar» səngimədi, əksinə Azərbaycan məhkəmələrinin ədalətsiz qərarlarından Avropa İnsan Haqqları Məhkəməsinə üz tutanların sayı durmadan artmaqdadır ki, bu halın da əslində Azərbaycan dövləti adına yazılan mənfilik kimi qiymətləndirilməsi doğrudur.

Onu da bildirək ki, ədliyyə naziri Fikrət Məmmədov da rüşvət alan hakimlərə qarşı sərt mübarizənin aparılacağını dəfələrlə bəyan edib və ayrı-ayrı toplantılarda da bu istiqamətdə «islahatların» həyata keçirilməsinin vacibliyindən danışıb.

«Dünya» İnformasiya Agentliyinə (dia.az) daxil olan məlumatlarda bildirilir ki, artıq bu yöndə qəti qərar verilib. Məlumatlı mənbəmiz bildirr ki, hazırda «Avroviziya-2012» mahnı yarışmasına tədarük görən rəsmi Bakı Qərbin bir sıra iradları ilə yanaşı, həm də məhkəmə sistemində təlatümlü islahatlara imza atmağı qət edib.

Mənbəmizin bildirdiklərindən aydın olur ki, hətta bir neçə hakimin, məhkəmə sədrinin həbsi belə planlaşdırılır: «Onların arasında rayon məhkəmələriin sədrləri də var. Barələrində daha çox şikayət olunan hakimlərin həbsi də gözlənilir. Məsələn, Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynov artıq ilk qurbanlardan biri ola bilər».

Mənbəmiz bildirdi ki, daha iki əyalət rayonunun da məhkəmə sədri vəzifəsindən çıxarılacaq, eyni zamanda 6 hakimə qarşı da cinayət işinin açılması planlaşdırılır: «Bütün ittihamlar da korrupsiya ilə bağlı olduğundan, əslində bu planlamaları antikorrupsiya siyasətinin davamı kimi də xarakterizə etmək olar».


Geri qayıt