Əsas Səhifə > Siyasət, Manşet > ZAKİR HƏSƏNOVUN KADR SİYASƏTİ TAM DƏSTƏKLƏNİR

ZAKİR HƏSƏNOVUN KADR SİYASƏTİ TAM DƏSTƏKLƏNİR


1-11-2013, 12:30
ZAKİR HƏSƏNOVUN KADR SİYASƏTİ TAM DƏSTƏKLƏNİR
İDDİA: KADR İSLAHATLARI BİRBAŞA OLARAQ PA-NIN NƏZARƏTİ ALTINDADIR

DİA.AZ: - Məlum oldduğu kimi, Müdafiə Nazirinin qətlə yetirilmiş sabiq müavini Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarının komandanı general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfail Rzayev Müdafiə Nazirliyində rəis vəzifəsinə təyinat alıb. DİA.AZ-ın verdiyi xəbərə görə, Nəcməddin Sadıqovun təklifi ilə yeni müdafiə naziri Zakir Həsənov onu MN-nin Hərbi daşınmalar şöbəsinə (VOSO) rəis vəzifəsinə təyin edib.

Hərbiçi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rail Rzayev qətlə yetirilən günün səhəri Rəfail Rzayev o vaxtkı Şamaxı Rayon Hərbi komissarı vəzifəsindən azad edilərək ordudan tərxis edilmişdi. İndi ortaya cox ciddi sual çıxır: - bu təyinatla cənab Nəcməddin Sadıkov nəyə işarə edir?

Bu təyinatda sabiq müdafiə naziri Səfər Əbiyevin Rail Rzayev və ətrafı ilə münasibətlərinə işarə yoxdurmu? Mən qəti olaraq deyirəm ki, var.
Bir də sabah, noyabrın 2-də Nəcməddin Sadıqovun Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi- nazirin birinci müavini kimi vəzifədə olmasının 20 (iyirmi) ili tamam olur».

DİA.AZ bildirir ki, belə şübhəli bir şəraitdə Zakir Həsənovun apardığı kadr siyasətinin pərdəarxası məqamları da açılıb. Belə ki, redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, müdafiə naziri təyin ediləndən sonra Zakir Həsənov həyata keçirdiyi bütün kadr islahatlarını birbaşa olaraq Prezident Administrasiyası ilə razılaşdırır.

Mənbə bir maraqlı faktı da açıqladı: «Hər gün Prezident Administrasiyasının yüksək ranqlı əməkdaşlarından biri MN-ə səhər saatlarında daxil olur və nazirlə birlikdə islahatlar həyata keçirilir».

Mənbəmiz iddia edir ki, PA-dan gələn həmin «sirli qonaq» bütün prosesi nazirlə birlikdə yönəltməklə yanaşı, kadrların müəyyənləşdirilməsində əsas fiqur kimi çıxış edir: «Yəni orduda aparılan islahatlar birbaşa olaraq prezidentin nəzarəti altında keçir. Bu o deməkdir. Və bu gün orduda Səfər Əbiyevin kadrlarının «vurulması» siyasətinin də arxasında Zakir Həsənovun şəxsi istəyinin yox, birbaşa olaraq «yuxarıların» dayandığını söyləmək lazımdır».

Geri qayıt