Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU

İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU


1-11-2013, 12:11
İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU
BAŞÇI SAKİNLƏRƏ MAL YƏZƏYİ YANDIRMAĞI MƏSLƏHƏT GÖRDÜ

DİA.AZ: - Ucqar kəndlərin qazlaşdırılması prosesi bölgələrin əksəriyyətni əhatə etməyinə baxmayaraq Beyləqan rayonundan yan keçib. DİA.AZ bildirir ki, "xalqxeber.az" portalına müracət edən Beyləqan rayon Əmirzeyitli kənd sakinləri bildirirlər ki, “Respublikanın hər yerində ağaclar əkilib yaşıllıqlar salındığı bir dönəmdə biz məcburiyyət qarşısında qalaraq ağacları kəsib soyuqdan ölməmək üçün odun əvəzi yandırırıq.

Respublikanın ən ucqar kəndlərinin qazla təmin olunduğu halda biz hələ də bu imkanlardan yararlanmaqdan təcrid olunmuşuq. Əslində problemin həll olunmamasının ən böyük günahkarı icra başçısıdır. Belə ki, icra başçısı yeni təyin olunanda kənd sakinləri ilə görüşdə ziyalıları təhqir etmişdi. Kənd sakinlərinin qazla bağlı problemi ilə bağlı şikayətinə icra başçısının cavabı bu olmuşdur: “Neynirsiniz qazı? Kənddə yaşayırsınız mal təsəyini yandırın bu da olsun sizin qazınız”. Bundan sonra anladıq ki, hələ görəcəkli günlərimiz qarşıdadır. Bundan əlavə kənddə işıq üzünə həsrət qalmışıq. Sanki neft ölkəsinin sakinləri deyilik. Transformator xarab olur günlərlə təmir edən olmur. Türmədə insanlarla bu cür davranmırlar. Ancaq icra başçısı sakinləri bu vəziyyətə gətirib çıxarıb”

Sonda Beyləqan rayon Əmirzeyidli kənd sakinləri müraciətdə bilidirirlər ki, onların son ümid yeri ölkə başçısıdır.

“Cənab prezident! Sizin təyin etdiyiniz icra başçıları biz insanlarla insan kimi davranmır. Halbu ki, siz çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, icra başçılarını vəzifəyə təyin edəndə birinci tapşırığınız xalqa etmək, vətəndaşların qayğısına qalmaq olur. Çox təəssülər olsun ki, Beyləqan rayon icra başçısı bu tapşırıqlara əməl etmir. Bizim səsimizi eşidərək yardımçı olmağınızı xahiş edirik. Son ümid yerimiz Sizsiniz!”

Geri qayıt