Əsas Səhifə > Siyasət, Manşet > ELDAR HƏSƏNOV YAXIN GÜNLƏRDƏ BAKIYA ÇAĞRILACAQ

ELDAR HƏSƏNOV YAXIN GÜNLƏRDƏ BAKIYA ÇAĞRILACAQ


31-10-2013, 11:34
ELDAR HƏSƏNOV YAXIN GÜNLƏRDƏ BAKIYA ÇAĞRILACAQ
ONUNLA BAĞLI HÜQUQİ ADDIMLARIN ATILMASI ÜÇÜN TƏDARÜK GÖRÜLÜR

DİA.AZ: - Prezident seçkiləri öncəsi müxtəlif təxribatçı olaylarda adı hallandırılan Azərbaycanın keçmiş baş prokuroru, hazırda ölkəmizi Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada təmsil edən Eldar Həsənovla bağlı redaksiyamıza yeni informasiyalar daxil olub. Xatırladaq ki, Eldar Həsənovun adı «dövlət çevrilişinə cəhd» projesində hallandırılsa da, bu barədə rəsmi dairələr hər hansı formada mövqe ifadə etmədilər ki, bu da daha çox rəsmi münasibətin hüquqi addımdan ibarət olacağı ilə bağlı qənaətləri möhkəmləndirməkdədir.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə iddia edir ki, Eldar Həsənovla bağlı hüquqi araşdırmalara rəsmən start verilib. Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Eldar Həsənovun ilginc bir dövlət çevrilişi planında iştirak etməsilə bağlı məlumatlar yayıldı. Doğrudur, keçmiş baş prokuror bu məlumatlara reaksiya versə də, onun verdiyi açıqlama izahatdan daha çox, ifşaya etiraz mahiyyəti daşıyırdı ki, bununla da Eldar Həsənov özünü daha da çətin vəziyyətə salmış oldu.

Məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, yaxın günlərdə Eldar Həsənovun diplomatik missiyasının ləğvi ilə bağlı rəsmi qərar elan olunacaq: «Artıq bununla bağlı tədarük görülür».

Qeyd edək ki, belə bir qərarın elanının hansı nəticələrə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil. Bu barədə danışan mənbəmiz isə bildirir ki, Eldar Həsənovu bundan sonra müəmmalı aqibət gözləyir: «Bu aqibətin necəliyi daha çox hadisələrin inkişaf axarından asılıdır».

Onu da xatırladaq ki, əvvəlki məlumatlarda seçkilərin yola verilməsinin gözlənildiyi söylənilirdi. Mənbəmiz bildirir ki, yaxın günlərdə Eldar Həsənov Bakıya çağrılacaq və hər şey də bundan sonra başlayacaq…

Geri qayıt