Əsas Səhifə > Hadisə > ŞƏKİDƏ DİRİ-DİRİ YANAN QADINLA BAĞLI YENİ FAKT

ŞƏKİDƏ DİRİ-DİRİ YANAN QADINLA BAĞLI YENİ FAKT


31-10-2013, 11:08
ŞƏKİDƏ DİRİ-DİRİ YANAN QADINLA BAĞLI YENİ FAKT
Şəkidə evdə baş verən yanğın zamanı meyiti tapılan qadının şəxsiyyəti dəqiqləşdirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu, 1952-ci il təvəllüdlü İsmayılova Valentina Vulatovnadır.

Yanğın qadının yaşadığı Sabit Rəhman küçəsi bina-72, mənzil 36-da baş verib.
Yanğın zamanı ümumi sahəsi 32 kvadratmetr olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə hissəsi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər tərəfindən ev sahibəsi İsmayılova Valentinanın yanmış meyiti aşkarlanıb.
İlkin ehtimallara görə, hadisə intihar məqsədi ilə törədilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində təhqiqat aparır. Qadının son zamanlar mənzildə tək yaşadığı, övladının isə Bakı şəhərində yaşadığı bildirilir.


***

09:24

Şəkidə ev yanıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kvadratmetr olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə yanıb.

Kəşfiyyat zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt