Əsas Səhifə > Siyasət, Manşet > ŞƏHƏR MƏRKƏZİNDƏ YÜZLƏRLƏ SAKİN BLOKADADA QALIB

ŞƏHƏR MƏRKƏZİNDƏ YÜZLƏRLƏ SAKİN BLOKADADA QALIB


31-10-2013, 09:45
ŞƏHƏR MƏRKƏZİNDƏ YÜZLƏRLƏ SAKİN BLOKADADA QALIB
DİA.AZ: - Redaksiyamıza Bakı şəhəri, Səbayıl rayonu, R.Zorge küçəsi, 5 saylı binanın saknləri tərəfindən prezidentə ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdur.Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:
Bakı şəhəri, Səbayıl rayonu, R.Zorge küçəsi, 5 saylı binanın saknləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Ə R İ Z Ə

“Hörmətli cənab İlham Əliyev!

Sizi 9 oktyabr 2013-cü il tarixdə keçirilən seçkilərdə yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edir və Sizə yeni nailiyyətlər əldə etməyinizi arzulayırıq. Biz, bütün sakinlər seçkilərdə Sizə səs vermişik və hər zaman Sizi dəstəkləyirik.
R.Zorge küçəsi, 5 saylı binanın saknlərinin Sizə müraciət etməyinin səbəbi R.Zorge küçəsi 3 ünvanda yeni çoxmərtəbəli binanı inşa etdirən məmurlar tərəfindən küçəyə çıxışın, yəni yolun kəsilməsi ilə əlaqədardır.

Belə ki, 1961-ci ildə istifadəyə verilmiş həmin binanın küçəyə çıxışı və maşın yolu olmuşdur.Lakin, bu günlərdə göstərilən ünvanda uzun müddət bundan əvvəl tikilmiş çoxmərtəbəli binanın hasarlanması zamanı bizim həyətə daxil olan yol kəsilmişdir.Əgər hər hansı təbii fəlakət baş verərəsə, fölqəladə tədbir kömək üçün həyətə maşın və texnikanın girişi qeyri mümkündür.Eyni zamanda, həyətə giriş bağlandığından bu bizim gündəlik məişətimizdə çətinliklər yaradır və tez-tez problemlərlə üzləşməli oluruq.

Odur ki, Sizdən qanunvericiliyə uyğun olaraq R.Zorge küçəsi 5 ünvanda yerləşən həmin binanın maşın yolunun bərpa edilməsi üçün müvafiq dövlət strukturlarına göstəriş verməyinizi xahiş edirik. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk”.

Ümidvarıq ki, əlaqədar qurumlar sakinlərin bu probleminə bir əncam çəkəcəklər. Məsələni diqqətdə saxlayacayıq. Onu da bildirək ki, bu şikayət məktubu "qafqaznews.az" portalında yayılıb və məsələ ilə bağlı DİA.AZ olaraq bir sıra ünvanların mövqeyini öyrənməyə çalışdıq. Yalnız Bakı meriyasından bildirildi ki, bu işdə binanın inşasına icazə verənlər günahkardır. Çünki həmin bina ümumiyyətlə baş plana uyğun deyil. Hər halda bunun özü belə maraqlı bir faktdır. Deməli, sökülməlidir...


ŞƏHƏR MƏRKƏZİNDƏ YÜZLƏRLƏ SAKİN BLOKADADA QALIB
ŞƏHƏR MƏRKƏZİNDƏ YÜZLƏRLƏ SAKİN BLOKADADA QALIB
ŞƏHƏR MƏRKƏZİNDƏ YÜZLƏRLƏ SAKİN BLOKADADA QALIB

Geri qayıt