Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ İNSANOV HAKİMİYYƏTİN GEDƏCƏYİNƏ İNANIB
ƏLİ İNSANOV HAKİMİYYƏTİN GEDƏCƏYİNƏ İNANIB30-10-2013, 09:48 |
KEÇMİŞ NAZİRİN İQTİDARLA MƏXFİ DANIŞIQLARDAN İMTİNA SƏBƏBİ BİLİNDİ DİA.AZ: - «Keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxma şansı olsa da, o, bunu dəyərləndirmədi və özü öz aqibətini daha da çətinləşdirdi». Bu ilginc açıqlamanı DİA.AZ-a verən məlumatlı mənbə iddia edir ki, sonuncu əfv qərarına qədər Əli İnsanovla danışıqlar aparılıb: «Amma nədənsə, keçmiş nazir danışıqlardan imtina etdi». Mənbəmiz bildirir ki, əslində Əli İnsanov aldadılmış vəziyyətdədir: «Ona vəkili vasitəsilə olduqca fərqli xəbərlər çatdırılır. Və Azərbaycanda son prezident seçkiləri ərəfəsindəki durum Əli İnsanova tamam fərqli formada izahlanmışdı. Ona deyilmişdi ki, artıq Rusiya və ABŞ Azərbaycanda hakimiyyəti dəyişməyə qərar veriblər. Və Milli Şuranın vahid namizədi kimi seçkiyə qatılan Cəmil Həsənlinin də bu projedə iştirak etdiyini keçmiş nazirə çatdırmışdılar». Məlumatı verən qaynaq bildirir ki, belə bir əhval-ruhiyyənin ardından hakimiyyətlə bütün danışıqlardan imtina edən Əli İnsanov hətta Qərbi Azərbacanlılara çağırış edə biləcəyini və onların müxalifətə dəstəyinə nail ola biləcəyini də vəd edibmiş: «Hətta keçmiş nazirə yaxın iş adamlarından birinə məlum projeyəə dəstək olmas üçün Əli İnsanovun adından «ksiva» da çatdırılıb. Amma göründüyü kimi keçmiş nazir aldadılmış durumdadır». Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Bildirək ki, Əli İnsanovun vəkili Toğrul Babayevlə əlaqə cəhdlərimiz alınmayıb. Amma günün sonuna qədər onun da mövqeyini öyrənib diqqətinizə çatdıracağıq. Geri qayıt |