Əsas Səhifə > Üçüncü sektor > FRANSAYA QHT ZƏRBƏSİ

FRANSAYA QHT ZƏRBƏSİ


25-01-2012, 14:50
FRANSAYA QHT ZƏRBƏSİ

AZƏRBAYCAN QHT-Sİ 3 FRANSIZ QHT-Sİ İLƏ ƏMƏKDAŞLIĞI POZDU

Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbuluna etiraz edən Gənclər üçün Təhsil Mərkəzi də özünəməxsus addım atıb.

Belə ki, bu gün Mərkəz bir neçə il bundan öncə əməkdaşlığa başladığı 3 QHT ilə əməkdaşlığa rəsmi şəkildə son verib.

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfə əməkdaşlığa son verilməsi ilə bağlı rəsmi məlumat verilib və bildirilib ki, sözügedən qanunun mövcud olduğu ölkə ilə heç bir gənclər mübadiləsi edilə bilməz.
“Belə bir qanun insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə yaddır. Bu baxımdan hər il Mərkəzin müxtəlif proqramları vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün yollanan yüzlərlə gənci təhlükə altına ata və onların Fransada söylədiyi tarixi həqiqətlərə görə hər hansı ədalətsiz və məntiqsiz qanun qarşısında cavabdeh olmasına göz yuma bilmərik”-deyə Gənclər üçün Təhsil Mərkəzi bəyan edib.

Mərkəz digər Azərbaycan QHT-lərini də Fransız təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırıb.

Geri qayıt