Əsas Səhifə > Hadisə > SƏFƏR ƏBİYEVİN ADAMLARI NARAHATDIR

SƏFƏR ƏBİYEVİN ADAMLARI NARAHATDIR


29-10-2013, 11:59
SƏFƏR ƏBİYEVİN ADAMLARI NARAHATDIR
DEPUTATIN ŞİRKƏTLƏRİ HƏDƏFƏ ALINA BİLƏR

Hakimiyyətin kadr dəyişikliyinə getməsindən sonra bəzi məmurlar işdən çıxarılsa da, onlara bağlı olan adamlar ciddi şəkildə narahat olmağa başlayıb. Jam.az-a daxil olan məlumatlarda vurğulanır ki, narahat deputatlardan biri də Vahid Əhmədovdur.
Məlumatda deyilir ki, millət vəkilinin narahat olmasının başlıca səbəbi onu mandat sahibi etmiş keçmiş müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılmasıdır. Mənbə bildirir ki, təkcə Əbiyevin adamı olmaqla deyil, həmçinin Müdafiə Nazirliyinin həyata keçirdiyi tenderlərdə yaxından iştirak imkanlarından da məhrum olması Əhmədovun ovqatının daha da təlx olmasına gətirib çıxarıb.

Məlumatlarda o da vurğulanır ki, Səfər Əbiyev müdafiə naziri olduğu dönəmlərdə böyük imkanlara sahib olan deputat Vahid Əhmədov özünə bir neçə şirkət yaradıbmış. Bu şirkətlərin yaradılmasında başlıca məqsəd isə yuxarıda qeyd olunduğu kimi, teder oyunlarında iştirak etmək niyyəti güdüb. Şübhəsiz ki, əsas himayədarının işdən çıxarılmasından sonra bu şirkətlərin də fəaliyyəti dayanacaq.
Jam.az-ın əldə etdiyi bir başqa məlumatda isə vurğulanır ki, Vahid Əhmədov və yaxınlarının idarə etdiyi avtomobillərin dövlət nömrə nişanları da fərqliymiş. Onun adətən 002 rəqəmlərindən istifadə etməsi isə hələlik heç bir deputata nəsib olmayan nəticədir.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Geri qayıt