Əsas Səhifə > Gündəm, Manşet > YAP YENİDƏN KADR BAZASI İMİCİNİ ÖZÜNƏ QAYTARIR
YAP YENİDƏN KADR BAZASI İMİCİNİ ÖZÜNƏ QAYTARIR29-10-2013, 10:40 |
HAKİM PARTİYA PARLAMENT SEÇKİLƏRİNƏ YENİ NAMİZƏDLƏRİ ÇIXARACAQ DİA.AZ: - Hakim partiyanın iqtidar düşərgəsi üçün bir kadr bazası rolunu oynaması haqqında qənaətlər YAP-ın icra katibi, YAP sədrinin müavini Əli Əhmədovun baş nazirin müvini təyin edilməsindən sonra da qətiləşmiş oldu. Və bunun ardından belə bir xəbər də yayıldı ki, daha bir neçə YAP fəalının vəzifəyə gətirilməsi planlaşdırılır. Hətta onlardan birinin Nazirlər Kabinetində boş qalan yerlərlə bağlı veriləcək təyinatda vəzifəyə gətirəcəyi də iddia olunur. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbə iddia edir ki, konkret kimin hansı vəzifəyə irəli sürüləcəyi barədə dəqiq fikirlər olmasa da, YAP-dan daha bir neçə nəfərin görəvləndirilməsi hakimiyyət dəhlizlərində də dartışılır. Mənbənin söylədikləri: «Əslində bu addım həm də YAP-ın əvvəlki nüfuzunun qaytarılmasına da hesablanıb. Xatırlayırsınızsa, mərhum prezident Heydər Əliyevin dönəmində YAP çox ciddi bir siyasi anlam daşıyırdı, siyasi qüvvəni ifadə edirdi. Hətta bu səbəbdən Heydər Əliyevin xüsusi qayğı ilə yanaşdığı məşhur «91-lər»ə «YAP-ın qaymağı» deyilirdi və bu ifadə də mərhum prezident Heydər Əliyevə məxsus idi. Amma sonrakı illərdə YAP sanki unudulmuş bir təşkilata çevrildi ki, bu da daha çox iqtidariçi çəkişmələrin təzahürü kimi qəbul olundu. Yəni köhnə YAP-çı eşalona qarşı bir basqı müşahidə olundu. Amma bu illər ərzində YAP-ın üst düzəyi də xeyli dərəcədə yeniləndi və yenidən siyasi arenada ənənəvi mövqelərini geri qaytarmağa müvəffəq oldu. Elə Əli Əhmədovun vəzifəyə gətirilməsi də YAP-la bağlı ənənələrin davamiyyəti, bu siyasətin inkişaf etdirilməsinə bir işarə idi. Yəni artıq YAP yalnız mətbuatda, ictimai-siyasi həyatda müxalifətin, hakimiyyətin opponentlərinin fikirlərinə reaksiya verən bir cameə funksiyasından çıxaraq yenidən siyasi qüvvə, bir baza əhəmiyyətinə qədər gətirilib». Mənbəmiz bildirir ki, qarşıdan gələn parlament seçkilərinə də hakim partiya xeyli sayda yeni fiqurları namizəd kimi meydana çıxarmağı düşünür: «Bu həm də YAP iqtidarının gəncləşdirmə siyasətinə də sədaqəti kimi qəbul ediləcək. Artıq indidən müəyyən tədarüklər var və gözlənilir ki, hazırki parlamentin heyəti məhz YAP-ın yeni namizədlərinin hesabına təxminən 30 faiz dəyişsin». Geri qayıt |