Əsas Səhifə > Güney Press > MİKAYIL CABBAROVUN VƏZİFƏYƏ GƏTİRDİYİ KADR KİMDİR?

MİKAYIL CABBAROVUN VƏZİFƏYƏ GƏTİRDİYİ KADR KİMDİR?


28-10-2013, 14:58
MİKAYIL CABBAROVUN VƏZİFƏYƏ GƏTİRDİYİ KADR KİMDİR?
FaktXəbər nazirliyin saytına istinadən xəbər verir ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən Arzu Tairquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə təyin edilib. Arzu Tairquliyeva 2004-2008-ci illərdə bakalavriat səviyyəsi üzrə Bakı Dövlət Universitetinin tarix fakültəsini qafqazşünaslıq ixtisası, 2008-2010-cu illərdə magistratura səviyyəsi üzrə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini amerikaşünaslıq ixtisası üzrə bitirib. 2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) magistratura təhsili alıb.

Geri qayıt