Əsas Səhifə > Siyasət, Manşet > İBRAHİMOVLAR YENİDƏN DİRÇƏLMƏ FÜRSƏTİ ƏLDƏ ETDİ
İBRAHİMOVLAR YENİDƏN DİRÇƏLMƏ FÜRSƏTİ ƏLDƏ ETDİ28-10-2013, 12:09 |
«AVESTA» ONLARI XİLAS EDƏ BİLDİ: YENİ «ƏYLƏNCƏ» KANALI ONLARINDIR DİA.AZ: - “Avesta” konserni yerli və xarici investisiyalar cəlb etmək üçün səhmləşdirilir. İnvestisiya reytinqi amaq üçün Delloite & Touche şidkəri audit keçirir. Bildirək ki, bu barədə keçən həftə iki idman meydançasının açılışında “Avesta”nın sahibi İbrahim İbrahimov bildirib. Səhmləşdirmə qısa müddətə bitəcək. İnvestisiyalar istiqraz buraxılışı və investisiya fondu yaratmqla cəlb ediləcək. Fondun kapitalı 500 mln manat ola bilər. Hələlik tikinti konsernin hesabına aparılır və ona $1 mlrd-dan çox xərclənib. “Avesta”nın ilk xarici tərəfdaşı Türkiyənin “Sema” şirkəti yaşayış evləri tikintisinə $60 mln qoyur. «Khazar İslands layihəsinə xaricdə maraq artır, dünyanın müxtəlif şirkətlərindən təkliflər gəlir», deyə konsern rəhbəri bildirib. Tələb olunan investisiyaların ümumi həcmi $100 mled-dır. İbrahimov hesab edir ki, satışdan təkrar investisiya hesabına $4 mlrd cəlb etmək yetərlidir. Khazar İslands-da dünyada ən hündür bina Azerbaijan Tower (1050 m) və ən böyük məscid (investisiya $1 mlrd) tikmək planlaşdırılır. Khazar İslandsda tikinti sürətlə gedir. İlk binalar 2014-cü ildə istismara veriləcək. Həmin vaxta ilk restoran və idman qurğuları turistləri qəbul edəcək. Mənzil satışı başlayıb və 213 mənzil alınıb. Şəhərdə hər cür sosial infrastruktur (məktəb, uşaq bağçaları, xəstəxanalar, teatr, opera və s.) olacaq. 2023-cü ildə orda 800 min nəfər daimi yaşayacaq. 250 min mənzil tikiləcək. İdarə etmə üçün meriya yaradılacq. İbrahimovun sözlərinə görə, ilk mərhələ 2018-ci ildə bitəcək. O vaxt şəhərdə 100 min nəfər yaşayacaq. Mənzillər ilkin hesablaşma və ipoteka (6%) ilə satılacaq. Mənzillərin 1 kv m-i 3000 manat və daha çox olacaq. 50 ada və 19 mikrorayondan ibarət arxipelaqın sahəsi 24 kv kilometr olacaq. Burda 600 min nəfər işləyəcək. Onların yarısı xaricdən cəlb ediləcək. İbrahimovun sözlərinə görə, Khazar İslands ildə dövlət büdcəsinə 20 mlrd manat gətirəcək. Khazar İslandsda əsas nəqliyyat velosiped və su nəqliyyatı olacaq. Bulvarın uzunluğu 150 km təşkil edəcək. Yaşıllıqlar böyük ərazi tutacaq. Çirkab suları təmizlənib suvarma, məişət tullantıları elektrik enerjisi üçün istifadə olunacaq. Onu da bildirək ki, «Avesta» konserni İbharimov qardaşlarının yeganə gəlir yeri və həmçinin yeganə uğur ünvanı deyil. Bu barədə DİA.AZ-a maraqlı məlumatlar daxil olub. Xatırladaq ki, keçən ilin may ayında İbrahimov qardaşlarının efir məkanındakı təzahürü kimi qiymətləndirilən ATV kanalı əl dəyişdirdi və kanal İbrahimovlardan alındı. Qeyd edək ki, bu olayı o zaman şok içində qarşılayan İbrahimov qardaşlarının nümayəndəsi Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov bildirmişdi ki, “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiləri onun ailə üzvləridir. Yəni bu həm də o demək idi ki, telekanalı kimsə onlardan ala bilməz. Amma ATV onların əlindən alındı və bu günə olan məlumat ondan ibarətdir ki, ATV-nin təsisçiləri sırasında İbrahimov soyadlı kimsə yoxdur. Doğrudur, həmin ərəfədə İbrahimov qardaşlarının mövqeləri olduqca zəif idi və hətta Nazim İbrahimovun özünün də vəzifəsindən alınacağı deyilirdi. Amma indi vəziyyət tamamən dəyişib. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, «Khazar İslands»ın hesabına ayaqda durmağı bacaran İbrahimovlar yenidən «yuxarıların» etimadına layiq görülüblər. Mənbə iddia edir ki, artıq onlara hətta yeni fürsətlər də tanınıb: «İbrahimov qardaşları böyük zərbələr almalarına rəğmən duruş gətirə bildilər və «Khazar İslands» layihəsinin arxasından nəinki qaçmadılar, hətta əllərində sərvətləri də bu layihəyə yönəltməklə, böyük etimada layiq görüldülər. Hazırki məqamda onlara yenidən toparnlana bilmələri üçün əlavə fürsət də tanınıb». Mənbənin iddialarına görə, hətta İbrahimov qardaşları yenidən telekanal açma yolunda da müvafiq icazəni ala biliblər: «Onlar yenidən efir məkanına qayıdırlar. Artıq yeni kanalın adı da bəllidir. «Əyləncə» TV adlanacaq yeni kanal İbrahimov qardaşlarına məxsus olacaq». Geri qayıt |