Əsas Səhifə > Güney Press / Manşet > 79 YAŞLI ŞƏKİ SAKİNİ MƏHKƏMƏ QAPILARINDA
79 YAŞLI ŞƏKİ SAKİNİ MƏHKƏMƏ QAPILARINDA26-10-2013, 10:49 |
|
DİA.AZ: - Redaksiyamıza 1934-cü il təvəllüdlü Şəki şəhər, Fərman Sadiqov küçəsi ev 8 ünvanında yaşayan Nurəddin Davud oğlu Xəlilovun adından şikayət məktubu daxil olub. 79 yaşlı Şəki sakini özünün savadsızlığından istifadə olunaraq başına oyunlarının açıldığı barədə DİA.AZ-a yazır: В«Mənim savadsızlığımdan istifadə edən Azərbaycan məhkəmələri məni və mənimlə yanaşı 4 nəfər ailə üzvlərimizi atamızdan miras qalan ev və həyətyanı torpaq sahəsi üzərində olan hüququmuzdan məhrum ediblər. Belə ki, 2004-cü il 13 dekabr tarixində Xəlilov Rasim Məmmədiyyə oğlu məni məhkəməyə verərək, iddia qaldırıb. Rasimin anasına yaxın qohum olan Şəki rayon məhkəməsinin vəkillər bölməsinin rəisi Aydın Qafarovun yazdığı və heç bir əsası olmayan iddia ərizəsi əsasında keçmiş hakim Əhməd Nurməmmədovun sədrliyi ilə məhkəmə prosesi keçirildi. Bildirim ki, hazırda Ali Məhkəmədə hakim təyin edilən Əhməd Nurməmmədov mənim ailə üzvlərimə cavab haqqı tanımadan, iddia ərizəsini oxuyandan sonra fasilə verdi və sonra da qərəzli qərarını elan etdi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinə etdiyimiz müraciət də Aydın Qafarovun səyi nəticəsində boşuna çıxdı, əleyhimizə verilən qərar qüvvəsində saxlanıldı. 2004-cü ildən etibarən yazmadığımız instansiya, şikayət etmədiyimiz ünvan qalmayıb. Kiməsə rüşvət vermədiyimdən Şəki Apellyasiya Məhkəməsi məni Ali Məhkəməyə müraciət etmək hüququmdan da məhrum edib. Mənim - ünvanlı sosial yardımla birtəhər dolanışığını təmin edən bir vətəndaşın o qədər pulu hardandır ki, həm rüşvət verim, həm də pulu hüquqi yardım ala bilimВ». Şəki sakini müraciətinin sonunda onu da bildirir ki, bu vaxta qədər üzləşdiyi problemlə bağlı müxtəlif ünvanlara müraciət etsə də, xeyri olmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |