Əsas Səhifə > Siyasət, Manşet > KEÇMİŞ NAZİRLƏRDƏN BİRİNƏ CİNAYƏT İŞİ AÇILIR

KEÇMİŞ NAZİRLƏRDƏN BİRİNƏ CİNAYƏT İŞİ AÇILIR


25-10-2013, 12:11
KEÇMİŞ NAZİRLƏRDƏN BİRİNƏ CİNAYƏT İŞİ AÇILIR
İLK DƏFƏ NAZİRLƏR KABİNETİNİN MÜŞAVİRƏSİNDƏ HESABAT DİNLƏNİLİR

DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Hökumət içindəki mötəbər mənbə iddia edir ki, yaxın günlərdə Nazirlər Kabinetinin yeni heyətinin genişləndirilmiş müşavirəsi keçiriləcək. Amma burada maraqlı bir məqam da ondan ibarətdir ki, ilk dəfə olaraq Nazirlər Kabinetinin müşavirəsində köhnə nazirlərin hesabatı dinləniləcək.

Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, əslində bununla köhnə nazirlərin bərkə-boşa çəkilməsi planlaşdırılır: «Ola bilsin ki, məhz hesabatları sərt formada tənqid olunan keçmiş nazirlərdən hansısa birinə qarşı cəza tədbirləri də müəyyən olunsun. Və hətta sabiqlərdən birinin hesabatındakı qüsurları müvafiq dövlət qurumlarının araşdırmasına verilsin ki, bu da sonradan cinayət işinin açılması üçün zəmin rolunu oynaya bilər».

Hələlik bu müşavirənin hansı marağa xidmət edəcəyi barədə qəti qənaətin olmadığını bildirən mənbəmiz onu da əlavə etdi ki, bu cür müşavirə ilə hakimiyyət həm də siyasi divident əldə etməyi də qəsd edə bilər.


Geri qayıt