Əsas Səhifə > Hadisə > "KARVAN"IN SAHİBİNƏ NÖVBƏTİ ZƏRBƏ
"KARVAN"IN SAHİBİNƏ NÖVBƏTİ ZƏRBƏ25-10-2013, 10:13 |
Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki şiddətli yanğın iş adamı Ağamirzə Əhədov üçün yeni bir problemə səbəb olub. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, FHN-yi ticarət mərkəzinin beton konstruksiyasının istifadə üçün yararlı olduğuna rəy vermək istəmir: “Yanğın zamanı ticarət mərkəzindəki mallarla yanaşı obyektin özünün dəmir-beton konstruksiyasına da ciddi ziyan dəyib. Alovun təsirindən ticarət mərkəzinin dam örtüyündəki “şveller”lər əyilib. FHN-nin ekspertləri yanğının ticarət mərkəzinin beton örtüyünə də ciddi ziyan vurduğunu iddia edir. Bu səbəbdən də sözügedən nazirliyin əməkdaşları ticarət mərkəzinin beton konstruksiyasının istifadəyə yararlı olub-olmamasında tərəddüd edir. Əgər FHN-nin çıxaracağı rəy beton örtüyünün istifadəyə yararsız olduğunu göstərərsə, o zaman bütün ticarət mərkəzi sökülməli və yenidən inşa edilməlidir ki, bu da onsuz da ciddi maddi ziyana uğrayan A.Əhədov üçün növbəti sarsıdıcı zərbə deməkdir”. Geri qayıt |