Əsas Səhifə > Hadisə, Manşet > MÜXALİFƏTƏ QARŞI YENİ KOALİSİYA
MÜXALİFƏTƏ QARŞI YENİ KOALİSİYA24-01-2012, 16:10 |
HAKİMİYYƏT RƏSUL QULİYEVLƏ DAHA BİR ORTAQ ŞOUYA İMZA ATIR DİA.AZ: - «Rəsul Quliyev hakimiyyətin müxalifət düşərgəsinə basdırdığı minadır» - bildirək ki, bu fikir hər zaman qüvvədə və aktual olub. Hələ Rəsul Quliyevin ilk «müxaliflik» illərində də keçmiş spikerin mövqe dəyişikliyi inandırıcı görünmürdü. Elə 2005-ci ilin 17 Oktyabr hadisələri də təsdiqlədi ki, əslində Rəsul Quliyev hakimiyyətin əlində bir alətdir və onun başlıca missiyası müxalifətin iqtidarın maraqlarının hökm sürdüyü müstəviyə cəlb edilməsindən ibarətdir. Hətta həmin ərəfədə belə bir məlumatlar da yaılmışdı ki, Rəsul Quliyev hələ də hakimiyyətin «obşıy katyol»undan pay alır. Həmin məlumatı bir daha sizin üçün xatırladırıq: «Rəsul Quliyev hakimiyyətin əss planında yer alan isimdir. Onun əvvəlki gəlir sahələri də qorunub saxlanılır. Onun müxalifliyi saxtadır. Keçmiş spiker mərhum prezident Heydər Əliyevin cızdığı plan üzərə hərəkət edir və onun əsas missiyası beynəlxalq aləmi və həmçinin yerli müxalifəti çaşqın vəziyyətə salmaqdan ibarətdir». Onu da bildirək ki, Rəsul Quliyevi ilk dəfə 2004-cü ildə ABŞ ifşa etdi. Həmin ilin aprel ayında ABŞ Dövlət Departamenti mühüm bir açıqlama ilə çıxış etdi və bəyan etdi ki, bu ölkənin siyasi dairələri Azərbaycanda 4 siyasətçi ilə - İlham Əliyevlə, Etibar Məmmədovla, İsa Qəmbərlə və Əli Kərimli ilə əmədaşlıq etməkdə maraqlıdırlar. Söhzügedən bəyanatda Rəsul Quliyevlə bağlı bir məqam isə xüsusi olaraq vurğulanırdı. Bildirilirdi ki, Rəsul Quliyev heç də görünməyə çalışdığı kimi Qərblə sıcaq münasibətlərdə deyil və o, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən yönəldilir. Sonradan bu məlumatlar da təsdiqin tapdı. Keçmiş nazirlər - Əli İnsanovla Fərhad Əliyevin həbsində guya ki, Rusiya xüsusi xidmət orqanlarının «təsbit etdiyi» Rəsul Quliyevə məxsus telefon danışıqları mühüm faktor kimi qələmə verildi. Yəni bildirildi ki, Rəsul Quliyevin Azərbaycanda «dövlət çevrilişi» niyyəti olub və adları çəkilən sabiq nazirlər bu prosesdə iştirak ediblər. Halbuki bütün bunlar Rusiya ilə YAP hakimiyyətinin ortaq projesi idi və burada Rəsul Quliyev ustalıqla üzərinə düşən missiyanı həyata keçirmiş oldu. Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, Rəsul Quliyev yenə də əvvəlki ampluasındadır. «Dünya» İnformasiya Agentliyinə ötürülən faktlardan aydın olur ki, keçmiş spiker bu dəfə hakimiyyətlə yeni planla bağlı «anlaşma» əldə edib: «Bu günlərdə Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov onunla görüşə gedir. Əslində bu görüşdə hakimiyyətin yeni təklifləri müzakirə olunacaq. Daha doğrusu, yeni planların icrası yolları müzakirə olunacaq». Mənbəmiz bildirir ki, Rəsul Quliyevin müxalif obazı son illər ərzində ciddi şəkildə «korroziyaya» uğradığından onun müxalif cinahda bərpasına ehtiyac var: «Yenidən Rəsul Quliyev barəsində «əzabkeş» obrazı yaradılacaq. Təbii ki, bu zaman keçmiş spiker ənənəvi olaraq hansısa formada zərbə altında qalmayacaq. Yenə də binəvaların həbsi planlaşdırılır. Həmin həbs olunanların hər birinin ailəsi isə bunun müqabilində kompensasiya alacaq. Belə bir plan Rəsul Quliyevin ADP-də olduğu müddətdə də işə salınmışdı və o zamanlar Rəsul Quliyevə görə həbs olunan hər bir ADP-çi təzminatını alırdı». Mənbəmiz bildirir ki, paralel olaraq mətbuatda da Rəsul Quliyevdən müxalif obrazının çizilməsi məqsədilə kampaniya həyata keçiriləcək: «Təbii ki, bütün hədəflər real müxalifətin çökdürülməsinə hesablanıb. Hakimiyyət Rəsul Quliyevdən yenə də istifadə edəcək». Məsələyə münasibətimiz davam edəcək. Bizi izləyin… Geri qayıt |