Əsas Səhifə > Hadisə > “EUROVISION-2012” BAKIDA OLSUN, YA OLMASIN?
“EUROVISION-2012” BAKIDA OLSUN, YA OLMASIN?24-01-2012, 15:49 |
"QEYRİ-AZAD ÖLKƏDƏ AZAD MUSİQİ OLMAZ"A CAVAB VERİLDİ Çərşənbə axşamı Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansı “Eurovision-2012" müsabiqəsi ilə bağlı "Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr" adlı “dəyirmi masa” keçirib. Tədbirdə əsas məqsəd vətəndaş cəmiyyətlərini, gəncləri yarışmanın dəstəkçisinə çevirmək, Azərbaycanın sivil ölkə olmasını yarışma çərçivəsində ölkəyə gələcək turist kontingentinə “göstərməkdir”. Bununla bağlı bu məqsədlərə xidmət edəcək könllülər dəstələri yaradılır. Artıq 400 nəfər belə könüllü var. Bu dəstələrin qarşısına turistlərin olacaqları məkanların təmizliyindən tutmuş Azərbaycanı təbliğ etməyə qədər “vəzifələr” qoyulur. Tədbirə qatılan “Eurovision-2011"in qalibləri Nigar Caml və Eldar Qasımov "bir olsaq qələbələr də olacaq" kimi bəyanat veriblər. Amma tədbir daha çox yanvarın 23-də bir qrup ictimai qurumun RATİ-də "Qeyri-azad ölkədə azad musiqi olmaz" devizilə keçirdiyi tədbirə verilən cavaba oxşayırdı. Çünki natiqlərin bir qismi üstüörtülü olsa da buna mənfi münasibət ifadə ediblər. Azərbaycanda siyasi dustaqların olması, insan hüquq və azadlıqlarının təmin olunmaması, söz, mətbuat və sərbəst toplaşmaq azadlığının qarşısının alınması gerçəklikdir. Ölkədə beynəlxalq qurumların tanıdığı 17 nəfər “vicdan məhbusu” var. Amma ötən ilin sonunda verilən əfv fərmanı ilə siyasi dustaqlardan cəmi 3 nəfər azadlığa buraxılıb. Belə bir siyasi şəraitdə bir qrup ictimai qurum “Eurovision-2012” müsabiqəsinin Azərbaycanda keçirilməsinə etiraz edir. Bugünkü tədbirdə isə hökumətyanlı QHT-lər yarışmanın Azərbaycanda keçriməsi üçün bütün şəraitin yaradıldığı iddiasını ortaya qoyublar. Təşkilatçılar bu tədbirlə faktiki olaraq QHT-lərin qarşısına “Eurovision" tərəfdarlarının sayını artırmaq tapşırığı qoyublar. Yarışma başlanana kimi (may ayı) bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulur. Geri qayıt |