Əsas Səhifə > Hadisə > KÜRDƏMİR SAKİNİ SÖYÜŞ ÜSTƏ BAŞ KƏSDİ

KÜRDƏMİR SAKİNİ SÖYÜŞ ÜSTƏ BAŞ KƏSDİ


24-10-2013, 11:00
KÜRDƏMİR SAKİNİ SÖYÜŞ ÜSTƏ BAŞ KƏSDİ
PROKUROR KÖMƏKÇİSİ YARALIYA QAN VERİB

Dünən Kürdəmirdə qanlı olay baş verib. Kürdəmir rayon polis şöbəsinin yaxınlığındakı bərbərxanada rayon sakini 1961-ci il təvəllüdlü Məhərrəmov Həmid Həmzə oğlu münaqişə zəminində həmyerlisi 1962-ci ildə anadan olmuş Valeh Heybət oğlu Babayevin boğazının şah damarını bıçaqla kəsib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər bildirib ki, V.Babayevə təcili qan köçürülməlidir. Xəstəxanadan lent.az-a verilən məlumata görə, Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanov yaralıya qan verib.Yaralı bundan sonra təcili yardım maşını ilə Bakıya yola salınıb.

Həmid Məhərrəmov saxlanılıb. O, həmyerlisini söyüş üstə bıçaqladığını deyib.

Geri qayıt