Əsas Səhifə > Gündəm, Manşet > KİM VƏZİFƏDƏN ALINMASINI ŞOK İÇİNDƏ QARŞILAYIB?

KİM VƏZİFƏDƏN ALINMASINI ŞOK İÇİNDƏ QARŞILAYIB?


24-10-2013, 10:18
KİM VƏZİFƏDƏN ALINMASINI ŞOK İÇİNDƏ QARŞILAYIB?
FİZULİ ƏLƏKBƏROV ÖZÜNÜN YENİDƏN TƏSDİQ OLUNACAĞINI GÜMAN EDİRMİŞ

DİA.AZ: - «Fizuli Ələkbərov nazir postundan alınacağını gözləmirmiş». Bu ilginc açıqlamada bulunan Nazirlər Kabinetindəki mənbə DİA.AZ-a bildirib ki, keçmiş nazir hətta vəzifədən alındığı gün bir sıra tapşırıqlar da verib.

Mənbənin söylədikləri: «Nazirlikdə çalışanlar belə bu qərarın veriləcəyindən xəbərsiz olublar. Doğrudur, Fizuli Ələkbərovun narahatçılığı hiss olunurmuş, amma bu o həddə olmayıb ki, vəzifəsinə təsdiq olunmayacağına əmin olsun».

Mənbə iddia edir ki, Fizuli Ələkbərov yeni vəzifənin də marağındadır: «O, Nazirlər Kabinetində çalışmaq istəyir və artıq bu barədə olan niyyətini «yuxarılara» çatdırılmasını da xahiş edib. Amma ondan hansısa formada istifadə olunacağı və yaxud da onun hansısa başqa bir vəzifəyə təyin ediləcəyi indiki şəraitdə gözlənilən deyil».

Mənbəmiz onu da bildirdi ki, amma Fizuli Ələkbərovun rayonlardan birinə icra başçısı göndərilməsi ehtimalları var.

Geri qayıt