Əsas Səhifə > Sosial, Manşet > "AZƏRROS"DAN NAZİM İBRAHİMOVA İTTİHAM YAĞIŞI

"AZƏRROS"DAN NAZİM İBRAHİMOVA İTTİHAM YAĞIŞI


24-10-2013, 09:30
"AZƏRROS"DAN NAZİM İBRAHİMOVA İTTİHAM YAĞIŞI
ABBAS ABBASOVUN ADAMI KOMİTƏ SƏDRİNİ TƏXRİBATDA SUÇLADI

DİA.AZ: - Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzərRos” FMMM) Azərbaycanın Diasporla İş Üzrə Komitəsi və digər məmurlara müraciət edərək yeni gərginlik dalğası yaradan və iki ölkə və xalq arasındakı münasibətlərin balansını pozan əsassız və təxribat xarakterli günahlandırma və bəyanatlardan uzaq olmağa çağırıb.

DİA.AZ bildirir ki, bu barədə “AzərRos” FMMM-in prezidenti Asif Məhərrəmov tərəfindən Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ünvanına göndərilmiş məktubda bildirilir.

“Həm Rusiya, həm də Azərbaycan cəmiyyətində Qərbi Biryulevoda baş verən hadisələrlə bağlı narahatlıq yaranıb. 25 yaşlı Rusiya vətəndaşı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun saxlanılması kadrları bütün dünya tərəfindən izlənilir. Həmin kadrlara münasibət də birtərəfli deyil.

“AzərRos” FMMM Biryulevo hadisələrinin ilk günündən bu vəziyyəti izləyir və bəzən hətta səlahiyyətlərini aşaraq ictimaiyyətdə yaranmış gərginliyi zəiflətmək üçün əlindən gələni edir.

“AzərRos” FMMM-in Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiyanın “Dojd” telekanalının efirində, eləcə də ölkənin aparıcı kütləvi informasiya vasitələrində çıxış edərək Rusiyanın azərbaycanlı icmasının mövqeyini açıq şəkildə bildirib.

Mən də, “AzərRos” FMMM-in prezidenti olaraq, qurumun digər rəhbərləri ilə birlikdə müxtəlif informasiya vasitələrində - RİA “Novosti”dəki mətbuat konfransı, Birinci kanal, “Rusiya” radiosundakı “Çarpaz sorğu” verilişində və s. Rusiya azərbaycanlılarının mövqeyini çatdırmışıq.

Demək istəyirəm ki, Rusiyada azərbaycanlılara qarşı heç bir açıq kampaniya yoxdur. Lakin Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərinin müvafiq bəyanatı, eləcə də bəzi yerli məmurların Azərbaycanda yaşayan ruslara qarşı adekvat tədbirlər görülməsi ilə bağlı bəyanatları yüzminlərlə azərbaycanlının yaşadığı və yaradıcı əməklə məşğul olduğu Rusiyadakı antiazərbaycan dalğasına, həqiqətən də təkan verə bilər. Rusiyadakı Azərbaycan ictimai təşkilatlarının uzun illər ərzində həyata keçirdikləri cəhd və işlər məmur və siyasətçilərin məsuliyyətsiz bəyanatları sayəsində bir anın içində puç ola bilər.

Məktubda deyilir: “AzərRos” FMMM Azərbaycanın Diasporla İş Üzrə Komitəsi və digər məmurlara müraciət edərək yeni gərginlik dalğası yaradan və iki ölkə və xalq arasındakı münasibətlərin balansını pozan əsassız və təxribat xarakterli günahlandırma və bəyanatlardan uzaq olmağa çağırır.”

DİA.AZ-DAN: Hər halda Abbas Abbasovun adamlarının bundan artıq danışması mümkün deyil. Ən azından ona görə ki, elə Orxan Zeynalovun ruslara təslim edilməsində də bu şəbəkənin müstəsna rolu olub.

Geri qayıt