Əsas Səhifə > Gündəm, Manşet > YENİ NAZİRLƏRİN KOMANDASINDA KİMLƏR OLACAQ?

YENİ NAZİRLƏRİN KOMANDASINDA KİMLƏR OLACAQ?


23-10-2013, 11:19
YENİ NAZİRLƏRİN KOMANDASINDA KİMLƏR OLACAQ?
2 YENİ NAZİRİN SEÇİMDƏ PROBLEMLƏRİ OLMAYACAQ, HEYDƏR ƏSƏDOV İSƏ…

DİA.AZ: - Redaksiyamıza yeni kadr islahatlarının olacağı ilə bağlı məlumatlar daxil olub. Əslində belə bir islahatların həyata keçirilməsini təbii də qarşılamaq lazımdır. Söhbət rəhbərliyi dəyişən nazirliklərdən gedir.

Nazirlər Kabinetindəki bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, artıq hər bir yeni nazir rəhbəri olduğu qurumda öz komandasını formalaşdırma barədə prezidentdən təlimatlarını alıblar.

Mənbənin söylədikləri: «Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna təyin olunan Səlim Müslümovun elə ciddi problemi olmayacaq. Çünki buna qədər Dövlət Sosial Müdafiə Fondunun prezidenti olan Səlim Müslümov elə fonddakı adamlarına kadr bazası kimi yanaşacaq».

Mənbəmizə görə, Zakir Həsənovun da çətinliyi olmayacaq: «Əslində ordu elə bir sahədir ki, orada total dəyişiklik inandırıcı deyil. Əsas olaraq gözləniləni Zakir Həsənovun yanında çevik komandasını qurma yolunda atacağı addımlardır».

Heydər Əsədova gəlincə isə onun İsmət Abbasovun yerində ciddi islahatlar aparmalı olduğu söylənilir. Bu barədə danışan mənbəmiz vurğulayır ki, İsmət Abbasovun əksər kadrları demək olar ki, yarıtmazdır: «Yəqin ki, bunu nəzərə alan Heydər Əsədov kadr seçimində ciddi çətinlik çəkəcək».

Geri qayıt