Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: YENİ MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ MİSSİYASI VAR

ŞOK: YENİ MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ MİSSİYASI VAR


23-10-2013, 09:01
ŞOK: YENİ MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ MİSSİYASI VAR
ZAKİR HƏSƏNOV HƏR ÜÇ GÜC NAZİRLİYİNİN İMKANLARINA YAXŞI BƏLƏDDİR

DİA.AZ: - Britaniyanın Oxford Analitica Araşdırma Mərkəzinin hələ iki il əvvəl verdiyi proqnozlarına görə, Azərbaycan 2014-cü ildə Qarabağın savaş yolu ilə azad edilməsi üçün hərbi əməliyyatları bərpa edəcək. Hətta araşdırma mərkəzinin ekspertləri bu yolda rəsmi Bakının tədarükləri ilə yanaşı, ilk əvvaəl cəbhənin hansı xəttində hərəkətə keçəcəyini də təxmini olaraq açıqlamışdı.

Bildirək ki, Azərbaycanın müharibə tədarükündə olması son illərdə ölkəmiz tərəfindən silah potensialının və keyfiyyətinin yaxşılaşdırılması üçün atılan ciddi addımları da ekspertlər xüsusi faktor kimi önə sürürlər.

ŞOK: YENİ MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ MİSSİYASI VAR

Və nəhayət 2014-cü ilin astanasındayıq. Bu günə qədər proqnozları nadir hallarda özünü doğrultmayan (onlar daha çox faktlar və kəşfiyyat məlumatları əsasında qənaətlərini irəli sürürlər -red.) britaniyalı ekspertlərin dediyi dönəm ərəfəsində Azərbaycanda - HƏRB NAZİRİ dəyişdirilir. Sülh dövrünün naziri kimi tanınan Səfər Əbiyev vəzifəsindən alınır.

Məlum olduğu kimi, prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Yeni nazirlərin sırasında Səfər Əbiyev yoxdur. Onu Daxili Qoşunların komandanı, general-polkovnik Zakir Həsənov əvəz edib.

Məlumat üçün bildirək ki, yeni Müdafiə naziri Zakir Həsənov 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.
1993-2003-cü illərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışıb.
2003-cü il yanvarın 17-də prezident Heydər Əliyev tərəfindən Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib.
Müdafiə naziri təyin olunan gün prezident İlham Əliyevin fərmanı ilə Zakir Həsənova ona general-polkovnik rütbəsi verilib.

ŞOK: YENİ MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ MİSSİYASI VAR

Beləcə hər şey aydın kimi görünür. MTN-dən DİN-ə, DİN-dən də MN-ə rəhbər gətirilən Zakir Həsənov güc strukturlarının hər birində çalışıb. Həm də MTN-də sərhəd qoşunlarında görəvli olub. Deməli, bütün döyüş potensiallı qüvvələrin imkanlarını xırıd etməsi üçün yetərli biliyə malikdir.

Belə yerdə biz heç nə əlavə etmirik. Sadəcə olaraq bir məsələni xatırladırıq: britaniyalı ekspertlərin nişan verdiyi 2014-cü il qapıdadır…

Yeri gəlmişkən, yeni müdafiə naziri Zakir Həsənovun mətbuatda ən yaddaqalan fikri belədir: "Ermənistan ordusu Azərbaycan silahlı qüvvələrinin qarşısında 1 gün də tab gətirə bilməz"…

Bəlkə də bu təyinat müdafiədən hücuma keçməyin zamanı olduğuna bir işarədir. HÜCUM NAZİRİMİZ GƏLDİ…

Azər - DİA.AZ

Geri qayıt