Əsas Səhifə > Ölkə > BU FRANSA QARABAŞ DANIŞIQLARINDA ARAÇILIQ EDƏ BİLMƏZ

BU FRANSA QARABAŞ DANIŞIQLARINDA ARAÇILIQ EDƏ BİLMƏZ


24-01-2012, 12:34
BU FRANSA QARABAŞ DANIŞIQLARINDA ARAÇILIQ EDƏ BİLMƏZ

MİNSK QRUPUNUN TƏRKİBİ DƏYİŞDİRİLMƏLİDİR

Fransa senatında qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanunun qəbulu Türkiyəyə heç bir ziyan verməyəcək. Bunu açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.

O vurğulayıb ki, qanunun qəbulundan nə Fransa qazanmayacaq, nə də Türkiyə nəyisə itirməyəcək. Əksinə, Türkiyə Fransa ilə əlaqələrinə yenidən baxaraq lazımı tədbirləri görəcək.

V.Quluzadə deyib: “Bu məsələ ilə bağlı Azərbaycan tərəfi Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətini boykot etməlidir. Bundan əlavə, Azərbaycan Fransanın “Total” şirkəti ilə əməkdaşlıqdan imtina edə bilər. Azərbaycan Türkiyə ilə eyni mövqedən çıxış edərsə, bu, gələcəkdə Türkiyənin də Azərbaycanın mövqelərini ən yüksək səviyyədə müdafə etməsinə əsas yaradacaq”.

Politoloq söyləyib ki, qəbul edilən qərar Fransanın çirkli oyunlarıdır: “Bu qanunun qəbulu Fransada erməni lobbisinin güclü olmasını və prezident Nikola Sarkozinin xəyanətkar siyasət apadığını göstərir. Çünki Türkiyə Fransanın hərbi və qitiadi müttəfiqidir. Sarkozi seçki ərəfəsi erməni əsilli seçicilərin səsini qazanmaq üçün mübarizə aparır. Ermənilər sözügedən qanun layihəsinin qəbulunu ona təklif ediblər və N.Sarkozi də həmin sənədi qəbul edir”.


Geri qayıt