Əsas Səhifə > Hadisə > ORXAN ZEYNALOVUN İŞİNƏ MƏŞHUR FALÇIMIZ DA QARIŞIB

ORXAN ZEYNALOVUN İŞİNƏ MƏŞHUR FALÇIMIZ DA QARIŞIB


22-10-2013, 12:18
ORXAN ZEYNALOVUN İŞİNƏ MƏŞHUR FALÇIMIZ DA QARIŞIB
Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasesn Zirəddin Rzayev Orxan Zeynalov və Moskvada soydaşlarımıza qarşı aparılan siyasətə münasibət bildirib. ANS PRESS-in verdiyi məlumata görə, məşhur ekstrasens ANS TV-nin “Günə baxan” verilişində birbaşa efirə “Skayp” vasitəsilə qoşulub. O, bildirib ki, Rusiyada qanuni yolla yaşayan və işləyən azərbaycanlılara qarşı münasibət pis deyil.

“Rusiyada çox sayda azərbaycanlı yaşayır. Moskvada Azərbaycan restoranları və mətbəxti ruslarınkından daha çoxdur. Orada işləyənlərin çoxu da azərbaycanlıdır. Onlara qarşı heç bir pis münasibət yoxdur. Yalnız qeyri-qanuni yaşayan və işləyən həmvətənlərimiz var ki, onları da digər xalqın nümayəndələri kimi ölkədən çıxarırlar. Mən müəyyən mənada onlara haqq verirəm. Lakin qanuni yolla orada çalışan bütün xalqın nümayəndələrinə qarşı zorakılıq etmirlər”, - deyə Z.Rzayev bildirib.

Onun sözlərinə görə, Orxan Zeynalovun məsələsində müəyyən qüvvələrin marağı olub. Çünki müəyyən biznesmenlər Bryulyevo bazarının bağlanması üçün bundan məharətlə istifadə edib: “Məsəl var deyirlər ki, “Ayının min oyunu bir armudun başındadır”. Elə iş adamları var ki, onların digər bazarları var. Onlar bu bazarın bağlanması üçün fürsət axtarırdılar. Onlar bundan məharətlə istifadə etdilər. Amma o bazar bağlansa da, digər bazarlarda azərbaycanlılar çoxdur. Onlar rahat işləyirlər.

Mən Orxan Zeynalovun məsələsilə bağlı bir rus generalı ilə danışırdım. O, mənə dedi ki, qatilin, cinayətkarın vətəni, milləti olmur. Əgər Orxan cinayəti törədibsə, o qatildir və cəzasını alacaq. Ona görə minlərlə azərbaycanlı əziyyət çəkməməlidir. Onlar Orxan Zeynalova görə cavab verməməlidir. Bu sözləri mənə rus generalı deyib”.

Geri qayıt