Əsas Səhifə > Gündəm, Manşet > ŞAMAXI SAKİNLƏRİ İCRA BAŞÇISINDAN GÖRÜŞ İSTƏDİLƏR

ŞAMAXI SAKİNLƏRİ İCRA BAŞÇISINDAN GÖRÜŞ İSTƏDİLƏR


22-10-2013, 11:05
ŞAMAXI SAKİNLƏRİ İCRA BAŞÇISINDAN GÖRÜŞ İSTƏDİLƏR
SAKİNLƏR: ASİF AĞAYEVİN SƏYYAR GÖRÜŞLƏRİ ŞOU XARAKTERİ DAŞIYIR

DİA.AZ: - Şamaxı rayonunun Çuxuryurd kənd sakinləri icra başçısından giley-güzar edirlər. Xatırladaq ki, bu günlərdə - 18 oktyabr tarixində icra başçısı şəxsən bu kənddə olsa da, yerli icra nümayəndəsi və bələdiyyə sədrinin müdaxiləsi ilə sakinlərin başçı ilə təması mümkünsüz olub. Bunu DİA.AZ-a yazdıqları müraciətlərində kənd sakinləri bildirirlər.

Onların sözlərinə görə, icra başçısı yerlərdə səyyar görüş keçirsə də, bu görüşlərdə eyni adamlar iştirak edir: «Elə bir şou göstərirlər. Eyni adamları icra başçısı Asif Ağayevin səyyar görüş trayektoriyası istiqamətilə daşıyırlar və başçı bütün kəndlərdə eyni adamlarla görüşür. Hər kənddə yalnız bir-iki saxta şikayətçi görüşə buraxılır ki, onlar da problemlərinin həll olunduğundan «məmnunluqlarını ifadə edirlər». Elə Çuxuryurddakı görüş də heç nə ilə fərqlənmədi».

Sakinlər redaksiyamıza yazırlar ki, əslində bu gün Çuxuryurd böyük problemlərlə üz-üzə qalıb: «Bu da nəticədə kənddən əhalinin qaçaq düşməsinə gətirib çıxarır. Daha sonra söz Çuxuryurd və Qəleybuğurd kənd sakinlərinə verilmişdir. Çuxuryurdda bu gün məskunlaşan məcburi köçkün ailələri var ki, onların ciddi problemləri mövcuddur. Kənd sakinləri isə kənddaxili elektrik xətlərinin təmir edilməməsindən narazı olsalar da, başçıya yalançı hesabat verilib ki, guya problem həll olunub. İcra nümayəndəsi və bələdiyyə işçilərinin öz qohumlarının elektrik xətti problemini həll etməsi nə zamandan kənddaxili eletrik xəttlərinin təmiri kimi başa düşülür?»

Sakinlər bildirir ki, onlar bu səbəbdən icra başçısı ilə ayrıca görüş tələb edirlər: «Qarşıdan qış gəlir. Qaz problemi var. Elektrik xəttləri bərbad haldadır. Belə gedərsə, Şamaxıda olan-qalan meşə zolaqları da məhv ediləcək. Dövlət ağac əkir, meşa zolağı yaradır, nadir heyvanları bu qoruqlarda bəsləyir, amma icra başçısının diqqətsizliyi (ən yumşaq ifadəmiz budur -sakinlər) səbəbindən Şamaxı sakinləri meşələri məhv etmək zorunda qalırlar. Əks halda, insanlar məhv olma təhlükəsi ilə üzləşər»

Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt