Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏNİN «QARA KORRUPSİYA ATI»
GƏNCƏNİN «QARA KORRUPSİYA ATI»24-01-2012, 12:06 |
İCRA BAŞÇISININ DA ŞƏRİK OLDUĞU «GƏNCƏBANK»LA BAĞLI İLGİNC FAKTLAR DİA.AZ: - Keçən günlərdə «Gəncəbank» ASC ilə bağlı araşdırmalara start verdiyimiz barədə məlumat vermişdik.Xatırladaq ki, redaksiyamıza şikayət məktubu ilə müraciət edən bir qrup Gəncəbasar sakini bu bankın fırıldaqları ilə bağlı ilginc faktları açıqlayıblar. Məlum olur ki, kənd təsərrüfatı nazirliyinin müəyyən yüksək çinli məmurları ilə işbirliyində olan bu bankın rəhbərliyi sözügedən regionda aqrar sektorun inkişafı altında əməlli-başlı talanılıq işi ilə məşğuldurlar. Faktlardan məlum olur ki, kənd təsərrüfatı nazirliyinin xətti ilə Gəncəbasar bölgəsi rayonlarına ayrılan krediti yüksək faizlə təqdim edən «Gəncəbank» rəhbərliyi müştərilərdən aldığı rüşvəti KTN-dəki himayədarları ilə paylaşır. Onu da bildirək ki, bu bankla bağlı araşdırmalara start vermişik və yaxın günlərdə daha dolğun və bank sektoru adına utanc hesab olunan faktlarımızı diqqətinizə çatdıracağıq. Qeyd edək ki, "Gəncəbank" Açıq Səhmdar Cəmiyyəti 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində və yalnız biri - "Gəncəbank" ASC paytaxtdan kənarda, yəni Gəncə şəhərində yerləşir. Bu isə o deməkdir ki, barəsində danışdığımız bank «gözdən-könüldən iraq», yəni paytaxtdan kənar yeganə bankdır. Bəlkə elə buna görədir ki, bu gün bu bankın xətti ilə həyata keçirilən maliyyə fırıldaqları bu çağacan yetərincə işıqlandırılmayıb. Bu barədə redaksiyamıza məlumat verən qaynaq bildirir ki, əslində səhmlərinin 96 faizi fiziki şəxslərə məxsus olan «Gəncəbank» «Azəravtoyolservis» ASC-nin prezidenti Cavid Qurbanova məxsusdur. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla sıcaq əlaqələri hesabına Cavid Qurbanov «Gəncəbank»da həm də «obnaliçka» əməliyyatlarını da həyata keçirir. Mənbəmiz bildirir ki, əslində paytaxtdakı bankların çirkli pulların yuyulmasında iştirakı çətinləşsə də, «Gəncəbank»da bu məsələ çox asandır: «Bu işdə birbaşa olaraq Elman Rüstəmovun özü də maraqlıdır. Elə buna görə də belə bir qənaət var ki, əslində «Gəncəbank» məhz çirkli pulların yuyulması üçün saxlanılır». Mənbəmiz onu da bildirdi ki, amma son zamanlar Cavid Qurbanovun hakimiyyət daxilindəki mövqeləri zəiflədiyindən «Gəncəbank»ın işləri də qaydasında deyil: «Hətta bu bankın əli ilə həyata keçirilən maliyyə ırıldaqlarının müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı xəbəri də iqtidar dəhlizlərində dolaşmaqdadır». Onu da bildirək ki, bu qurumla bağlı redaksiyamıza yeni faktlar da daxil olub. Məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) bildirdiklərindən belə aydın olur ki, bu bankda «şapka» məsələsi çox popluyardır. Mənbənin məlumatında deyilir: « «Gəncəbank» SKB-də verilən ipoteka kreditlərindən 10 faiz «şapka» tutulur. Verilən kənd təsərrüfatı kreditlərindən də «şapka» tutulur». Mənbəmiz bildirir ki, bankın Müşahidə Şurasının Sədri Pərvanə Novruzova eyni zamanda inşaat sektorunda da ad çıxarıb. Belə ki, bu xanım Mərkəzi Bankın sədri Elman Rüstəmovla şərikli binalar tikdirir. Məlumatlara görə, həmin binalarda tikinti işləri ləngiyir, nəticədə əhali pul verdiyi mənzilləri təhvil ala bilmir: «Çirkli pulları öz bankları vasitəsiylə yuyurlar, ölkədə fırıldaqçı bank kimi tanınan «Gəncəban»kın havadarları Mərkəzi Bankda və nazirliklərdə oturur. Qara valyuta mübadiləsi aparılır, valyuta mübadiləsindən əldə olan gəlir vergidən yayınır, bütün əməliyyatlar qara mühasibatlıqla aparılır, audit şirkətləri pulla satın alınır, dəfələrlə kredit sənədləri saxtalaşdırılır, pul köçürmələrində maxinasiyalar dolub daşır, əsas qazancı da «şapka»lardan yığırlar, ipoteka krediti yaxşı «gəlir» gətirir. «Şapka»lar dolub daşır». Mənbəmiz məlumatında bildirir ki, bankın Müşahidə Şurasının Sədrinin qara biznesi çiçəklənir: « «Gəncəbank» əslində qara korrupsiya atıdır. Gəncənin icra başçısı Elmar Vəliyevlə yaxın münasibətdə olan bank rəhbərliyi məmur yumruğunun hesabına öz maxinasiyalarını inkişaf etdirmək istəyir. İşlərin başı Pərvanə Novruzovadır. Yalançı bizneslərə, öz saxta adlı şirkətlərinə yüz minlərlə manat saxta kreditlər ayırır bu xanım». Onu da bildiririk ki, araşdırmalarımız hələ bitməyib və yaxın günlərdə mövzuya yenidən qayıdacağıq. Bizi izləyin… Geri qayıt |