Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEVİ İTİRİB-AXTARAN YOXDUR

ELŞAD ABDULLAYEVİ İTİRİB-AXTARAN YOXDUR


22-10-2013, 09:20
ELŞAD ABDULLAYEVİ İTİRİB-AXTARAN YOXDUR
ƏGƏR AXTARILSAYDI, ONA AVROPADA GÜLDƏN AĞIR NƏSƏ DEYƏRDİLƏR

DİA.AZ: - Bir zamanlar məlum videobombardmanı ilə gündəmi zəbt edən keçmiş ABU rektoru Elşad Abdullayevlə bağlı dünən sosial şəbəkələrdə müəmmalı xəbərlər yayılıb. Bununla bağlı DİA.AZ olaraq Avropadakı soydaşlarımızla əlaqə yaratdıq və bir sıra dəqiqləşdirmələr apara bildik.

Belə ki, yayılan xəbərlərdə Elşad Abdullayevin Avropa Azərbaycanlıları Milli Birlik Şurasından (AAMBŞ) getdiyi bildirilirdi. Xatırladaq ki, bu ilin sentyabr ayında sabiq rektor sözügedən şuranın Ali Məclisinin sədri vəzifəsinə seçilib.

Bununla bağlı DİA.AZ-a açıqlama verən Avropadakı soydaşlarımızdan biri bildirdi ki, elə indicə Elşad Abdullayevlə danışıb: «Keçmiş rektor gülüşlə qarşıladı və bildirdi ki, bu dezinformasiyadır».

Onun beynəlxalq axtarışa verilməsi məsələsini xatırladaraq soydaşımızdan Elşad Abdullayevin hərəkət etməsində hansısa problemlərin yaranıb-yaranmadığını da soruşduq və o da suallarımızı bildiyi qədərində cavablandırdı: «Elşad Abdullayev əslində beynəlxalq axtarışa verilməyib. Əgər belə olsaydı, o, səfər edə bilməzdi və Avropa ölkələrinin hüquq-mühafizə orqanları onu saxlayardılar. Elə dünən Fransanın Lion şəhərində idi. Sonradan Parisə dönüb. Hər halda, bilet alarkən ona qarşı hər hansı hüquqi addım atardılar».

DİA.AZ bildirir ki, keçmiş rektora dünən müsahibə üçün də müraciət etmişik və artıq suallarımızı da ona ünvanlamışıq. Cavab aldığımız təqdirdə həmin müsahibəni də diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt