Əsas Səhifə > Güney Press / Manşet > В«AZƏRİQAZВ»IN İŞÇİLƏRİ QULDUR KİMİ DAVRANIRLAR
В«AZƏRİQAZВ»IN İŞÇİLƏRİ QULDUR KİMİ DAVRANIRLAR21-10-2013, 17:49 |
|
DİA.AZ: - Keçən günlərdə В«AzərsuВ»nun В«qaynar xəttiВ» ilə vətəndaş arasında yaranmış problemi işıqlandıranda böyük qalmaqal yaşandı. В«AzərsuВ»dan redaksiyamıza bildirildi ki, əslində narazılıq edən vətəndaş В«qaynar xəttВ»də çalışan işçini doğru anlamayıb. Və biz də hər iki tərəfin mövqeyini geniş şəkildə işıqlandırdıq. Bu gün isə В«AzəriqazВ»ın anoloji В«185В» xidmətindən DİA.AZ-a şikayət ünvanlanıb. Şikayətçi düşən Səbayel rayonu Bayıl qəsəbəsi sakini bildirir ki, onun yaşadığı ünvana qanunsuz olaraq qazpulu yazılıb. Narazı vətəndaş bildirir: В«Bu məbləği əslində ödəyə bilərdik. Cəmi 14 manat idi. Amma nədən mən kiməsə artıq pul ödəməliyəm. Və elə bu səbəbdən yerli qaz istismar idarəsinin işçilərilə aramızda mübahisə yarandıВ». Vətəndaş bildirir ki, sonradan yaşadığı mənzilin qazla təminatına konturlu sayğac sistemi quraşdırıldı və bu 14 manatlıq borc məsələsi qaldı: В«Aradan 7 ay keçəndən sonra bu qanunsuz borca görə yaşadığım ünvanın qazla təminatını dayandırıblarВ». Bu özbaşınalıqlardan В«AzəriqazВ»ın müxtəlif idarələrinə və həmçinin В«qaynar xəttiВ»nə şikayət etdiyini bildirən vətəndaşın sözlərinə görə, evində iki az yaşlı körpəsi var və satlardır ki, qazsız qalıb: В«Qurumun В«qaynar xəttiВ» problemin həll olunacağını vəd etsə də, onlardan da səs çıxmır. Hər halda, bu özbaşınalığı, quldurluğu kimsə durdurmalıdırВ». Geri qayıt |