Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: RUSİYA BAKIDA KİMLƏRİN ƏLİ İLƏ TƏŞKİLATLANIR?

ŞOK: RUSİYA BAKIDA KİMLƏRİN ƏLİ İLƏ TƏŞKİLATLANIR?


21-10-2013, 12:32
ŞOK: RUSİYA BAKIDA KİMLƏRİN ƏLİ İLƏ TƏŞKİLATLANIR?
YENİ TƏŞKİLAT YARANIR: TANINMIŞ MİLYARDER BÖYÜK HƏCMDƏ PUL AYIRIB

DİA.AZ: - Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allehverdiyevin adı Azərbaycan mətbuatında zaman-zaman hallanıb. Əslən Borçalıdan olan S.Allahverdiyev həm Rusiyadakı Azərbaycan icmasının rəhbərlərindən biri və həm də müxalifət partiyalarından birinə maliyyə yardımı edən iş adamı kimi daim Azərbaycan KİV-nin diqqət mərkəzində olub. 3 il bundan Türkiyədə müalicədə olarkən Rusiyada haqqında axtarış elan edilib. Ancaq artıq bu məsələ bitib və S.Allahverdiyev hazırda Moskvadadır.

Moskvada olması bir yana, həm də yeni təşkilat yaratmağa da girişib. Bildirək ki, rəsmi Bakı ilə yollaşmayan Sakit Allahverdiyev bir müddət əvvəl müxalifət liderlərini də hədəfə almışdı. Və hətta AXCP sədri Əli Kərimlini onun pullarını mənimsəməkdə də ittiham edirdi. Xatırladaq ki, Rusiyada armatur-metal biznesində kifayət qədər tanınan fiqur olan Sakit Allahverdiyevin qardaşı oğlu 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd də olmuşdu və məhz həmin dönəmlərdə qardaşı oğlunun araçılığı ilə Sakit Allahverdiyevin o zaman müxalifət adından seçkilərə qatılan «Azadlıq» blokuna külli miqdarda pul ötürdüyü də iddia olunur.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Sakit Allahverdiyev hər zaman Rusiyanın xüsusi xidmət orqanlarının adamı olub və ondan ruslar daha çox Borçalıda Gürcüstanın Saakaşvili hökumətinə qarşı istifadə ediblər. İndi isə artıq Rusiyanın «Saakaşvili problemi» mövcud deyil və bir həftədən sonra Saakaşvili, ümumiyyətlə, prezident kürsüsündən də gedir.

DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, odur ki, ruslar Sakit Allahverdiyevdən yenə də istifadə qərarını veriblər. Bu dəfə Azərbaycana qarşı. Gələn məlumatlara görə, Söyün Sadıxovun bir başqa «variantı» olan Sakit Allahverdiyev keçmiş spiker Rəsul Quliyevlə (onun da Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələri danılmazdır -red.), eyni zamanda qardaş Türkiyədə «Ergenokon» həbsləri zamanı dərin dövlətin xəzinədarı kimi həbs edilmiş, tanınmış iş adamı, Türkiyə Metal Sendikasının rəhbəri Mustafa Özbəklə də sıcaq əlaqələri mövcuddur. Bu gün Mustafa Özbək də Türkiyədə avrasiyaçılıq ideyalarının yayılması ilə məşğuldur. Və onun Rusiya yanlısı olduğu şübhə doğurmur.

Məlumatlara görə, Sakit Allahverdiyevi ruslar Bakıda yeni təşkilat yaratmağa cəlb ediblər. Mənbənin söylədikləri: «Yeni təşkilatın adı «Yeni Avrasiya» İctimai Birliyi olacaq. Bu birliyin Rusiyanın maraqlarına xidmət edəcəyi, həmçinin Azərbaycanda rusiyaçılığı təbliğ edəcəyi şübhəsizdir. Maraqlıdır ki, birlikdə tanınmış müxalifət simalarının da olacağı gözlənilir. Artıq Sakit Allahverdiyevin bir neçə sima ilə əlaqə yaratdığı məlumdur».

Mənbəmiz iddia edir ki, bu günlərdə Sakit Allahverdiyevin özünün Bakıya gəlməsi gözlənilir…

Geri qayıt