Əsas Səhifə > Hadisə > OBYEKTLƏRİ YANAN SAHİBKARLAR ETİRAZA QALXDI
OBYEKTLƏRİ YANAN SAHİBKARLAR ETİRAZA QALXDI21-10-2013, 11:44 |
İki gün bundan öncə Sumqayıtda yerləşən Karvan Ticarət Mərkəzinin yanmasında ziyan görən yüzlərlə sahibkar bu gün səhər saatlarından etibarən Şəhər İcra Hakimiyyətinin qarşısına yığışmağa başlayıblar. Bu barədə FaktXeber.com-a dükan sahibləri məlumat verib. Hazırda şəhər icrasının qarşısında 500-ə yaxın zərərçəkənin toplaşdığı bildirilir. Tələbləri isə icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb problemlərini ona söyləməkdir. Əraziyə çoxlu sayda polis dəstələri cəlb olunub. Qeyd edək ki, şənbə günü Sumqayıtın ən böyük biznes obyekti hesab edilən Karvan Ticarət Mərkəzində dəhşətli yanğın baş vermişdi. Hadisə nəticəsində ümumilikdə 5 minə yaxın dükan tamamilə yanıb. Təxminə hesablamalara görə ümumilikdə insanlara dəyən ziyanın miqdarı 1 milyard manata yaxındır. Geri qayıt |