Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏR KABİNETİ TAM HEYƏTDƏ TƏLAŞ İÇİNDƏDİR

NAZİRLƏR KABİNETİ TAM HEYƏTDƏ TƏLAŞ İÇİNDƏDİR


21-10-2013, 09:18
NAZİRLƏR KABİNETİ TAM HEYƏTDƏ TƏLAŞ İÇİNDƏDİR
İLHAM ƏLİYEV KİMİNLƏ «YOLA DAVAM» DEYƏCƏK - BU QƏRAR DARTIŞILMAZ

DİA.AZ: - Məlum olduğu kimi prezidentin inauqurasiya mərasimindən sonra Nazirlər Kabineti tam heyətiylə istefaya göndərildi. Bu da demək olar ki, bütün nazirlərin ümumi təlaşı ilə müşaiyət olunan bir prosesin start götürməsinə nədən olub. DİA.AZ-a bu barədə danışan hökumət içindəki mənbə bildirir ki, kimin təsdiq olunacağı, kimin təsdiq olunmayacağı bəlli olmadığından demək olar ki, əksəriyyəti həyəcan içindədirlər.

Mənbənin söylədikləri: «Hətta bu gün kifayət qədər arxayın görünən oliqarx-məmurların belə narahatçılıqları var. Özünüz təsəvvür edin, prezident məsələn, kifayət qədər iri ranqlı çinovniklərdən olan nəqliyyat naziri Ziya Məmmədovu yenidən nazir kimi təsdiqləmir. Bunun qarşılığı olaraq Ziya Məmmədov necə etiraz edə bilər və ümumiyyətlə, müqavimət göstərə bilərmi? Hər halda, hər hansı etiraz ifadəsi imkansızdır».

Mənbəmiz bildirir ki, bu gün cəmiyyət içində ən çox dartışılan məqamlardan biri də prezidentin kimlərəsə tələsik kimi görünən andiçmə mərasimidir: «Əslində, burada tələsik heç nə yoxdur. Bununla hakimiyyətdə olan qüvvələr hər kəsə bir güc olduqlarını nümayiş etdirdilər. Hətta Azərbaycanda kifayət qədər «dişli bir dövlət» kimi təqdim olunan ABŞ-ın ölkəmizdəki səfirliyi də baş verənləri ağıllı şəkildə izahladılar: «Hər bir ölkənin öz ənənələri var»… Bu izahat ABŞ-ın bükə bilmədiyi əli öpməsi anlamına da gəlir».

Mənbəmizə görə, məhz belə bir çeviklik həm də iqtidarda oturan, özünü muxtar-əlahiddə qüvvə kimi təsəvvür edən dünənin oliqarx-məmurları üçün də ciddi siqnal əhəmiyyətindədir: «Yəni andiçmə mərasiminin bu qaydada təşkili onlara da fərqli formada təsir etdi. Odur ki, hər kəs taleyinin axarı ilə barışmaq zorundadır. İstənilən bir separatçılıq çox sərt cavabla müşaiyət olunacaq».

Geri qayıt