Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDA RUSİYA ƏRZAĞI QADAĞAN EDİLSİN
AZƏRBAYCANDA RUSİYA ƏRZAĞI QADAĞAN EDİLSİN21-10-2013, 08:42 |
BİR QRUP GƏNCLƏR TƏŞKİLATLARI KREMLƏ CAVAB VERMƏYİ TƏLƏB EDİRLƏR DİA.AZ: - Rusiyada azərbaycanlılara qarşı aparılan kampaniya Kremlin ayrı-ayrı sözçüləri tərəfindən inkar olunsa da, reallıq tamam başqadır. Və fakt bundan ibarətdir ki, bu gün konkret olaraq Moskvada 4 minə yaxın azərbaycanlı sahibkarın obyekti fəaliyyətini dayandırıb. Bu da ən azından çalışanları ilə birgə 20 minə yaxın soydaşımızın işsiz qalması deməkdir və bu sayda ailənin gəlirlərinin dayanması anlamına gəlir. Təbii ki, bütün bu baş verənlərə Azərbaycanda çox sərt reaksiyalar verilməkdədir və bu reaksiyalar bu gün də davam edir. Elə DİA.AZ-a bir qrup gənclər təşkilatı («Böyük Millət» İctimai Birliyi, Gənc Boz Qurdlar Birliyi, Qarabağın Azadlığına Gənclərin Dəstəyi Təşkilatı) adından ünvanlanan müraciətdə də Rusiyaya bütün Azərbaycan xalqı olaraq etiraz etmək təklifi olunur. Redaksiyamıza göndərilən həmin müraciətdə deyilir: «Bu gün azərbaycanlılar Rusiya bazarlarında ölkəmizdə yetişdirilən müxtəlif kənd təsərrüfatı məhsullarını satmaqla dolanışıqlarını təmin edirlər. İndi isə ruslar soydaşlarımızı bu qazanc yerlərindən ediblər, bu bir yana, həm də onların həyatları belə təhlükə altındadır». DİA.AZ bildirir ki, gənclər Rusiyaya adekvat cavab verməyi də təklif edirlər: «Biz onlara qarşılıq vermək zorundayıq. Əks halda, üzərimizə gəlməkdə davam edəcəklər. Bu gün Azərbaycan bazarlarında Rusiya istehsalı olan ərzaq məhsulları geniş yayılıb. Və biz gənclər təklif edirik ki, azərbaycanlılar da Rusiya ərzağı almaqdan imtina etsinlər. Və bunun da nəticəsində Rusiyanın büdcəsinə hansı əhəmiyyətdə zərərin vurulacağını Kremldə oturanlar anlayacaqlar». Geri qayıt |