Əsas Səhifə > Siyasət, Manşet > ZAQATALADA İCRA BAŞÇISI ÖZÜNƏ XANƏDAN YARADIB

ZAQATALADA İCRA BAŞÇISI ÖZÜNƏ XANƏDAN YARADIB


18-10-2013, 16:51
ZAQATALADA İCRA BAŞÇISI ÖZÜNƏ XANƏDAN YARADIB
MÜBARİZ ƏHMƏDZADƏ HƏTTA KİPRDƏ DƏ BİZNES QURMAĞA MÜVƏFFƏQ OLUB

DİA.AZ: - Bu gün Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda deyilir. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilmişdir.

Belə ki, Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır.

Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağz calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün vəya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir. Bu məhsuldar fəaliyyətin nəticəsində isə M.Əhmədzadənin xüsusilə xaricdə qurduğu biznes şəbəkəsi sürətlə inkişaf edir.

Etibarlı mənbənin DİA.AZ-a iddiasına görə az müddət əvvəl Zaqatalanın icra başçısı Kiprdə yerləşən özəl ali təhsil müəssisələrindən birini satın almışdır. Maraqlıdır ki, bu universitetin əvvəlki sahibinin E.Abdullayevlə bağlı qalmaqallarda, korrupsiya əməllərində iştirakına görə həbs olunmuş Vaqif Hüseyn olduğu bildirilir. Eyni zamanda da mənbə seçimin məhz Kiprə yönəldiyinin də təsadüfi olmadığını qeyd edir. Vurğulanır ki, həm M.Əhmədzadənin, həm də onun qardaşı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin artıq neçə müddətdir ki, bu ölkədə şəxsi evləri, villaları vardır. Təbii ki, Zaqatalanın icra başçısı bütün bu mülk və obyektləri heç də tutduğu vəzifəyə görə dövlətdən aldığı məvacib hesabına əldə etməyib. Bax elə bu məqamda da mənbələrin M.Əhmədzadənin rayondakı qurumlar qarşısında müəyyən qeyri-qanuni tələblər irəli sürməsinə dair iddiaları artıq özünəməxsus çalarlarla yenidən diqqət mərkəzinə gəlir...

Geri qayıt