Əsas Səhifə > Cəmiyyət > BAKIDA İNSANLARIN DİŞLƏNMƏSİ FAKTLARI ARTIB

BAKIDA İNSANLARIN DİŞLƏNMƏSİ FAKTLARI ARTIB


23-01-2012, 15:20
BAKIDA İNSANLARIN DİŞLƏNMƏSİ FAKTLARI ARTIB

BUNUNLA BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALINDI

Bakıda insanların heyvanlar tərəfindən dişlənməsi halları artıb.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2010-cu ildə Bakıda 4501 heyvan dişləməsi qeydə alındığı halda, ötən il onların sayı 5752-yə yüksəlib. Keçən il qeydə alınan dişləmələrin 4400-ü it dişləməsi olub. Dişləmələrin 3114-ü məlum, 1286-sı isə naməlum itlər tərəfindən edilib.

Ötən il 496 siçovul, 708 pişik dişləməsi baş verib. Digər heyvanlar tərəfindən 148 dişləmə qeydə alınıb. Ötən il daha çox itlər tərəfindən dişləmələrin sayında artım olub.

2010-ci ildə olduğu kimi, ötən il ərzində də Bakıda 3 nəfər it dişləməsi nəticəsində quduzluq xəstəliyinə yoluxaraq dünyasını dəyişib.

Mərkəzdən bildirilib ki, it dişləmələri Bakının Xəzər, Binəqədi və Suraxanı rayonlarında daha çox baş verir.


Geri qayıt