Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOVUN YOXA ÇIXAN SÜRÜCÜSÜ GƏLİR

CAVİD QURBANOVUN YOXA ÇIXAN SÜRÜCÜSÜ GƏLİR


18-10-2013, 14:39
CAVİD QURBANOVUN YOXA ÇIXAN SÜRÜCÜSÜ GƏLİR
ŞOK: MAHİR LƏNKƏRANİ YENİDƏN AZƏRBAYCANA GƏLMƏYƏ HAZIRLAŞIR

DİA.AZ: - Bir neçə gün əvvəl «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun «qeybə çəkilmiş» sürücüsü Mahir Lənkərani ilə bağlı ilginc faktlar açıqlandı. Məlum olurdu ki, Azərbaycanda axtarışda olmasına rəğmən Mahir Lənkərani son 10 ay ərzində 3 dəfə Azərbaycan sərhədlərini aşa bilib. Bununla bağlı DİA.AZ yeni faktlar əldə edib. Və həmin faktları diqqətinizə təqdim edirik.

Keçən məlumatlarımızda da bildirmişdik ki, Mahir Lənkərani İranın xüsusi xidmət orqanları ilə əlaqədədir. Məlumatlı mənbəmiz isə iddia edir ki, əslində sürücüsü Cavid Qurbanovun İranla əlaqələrini yaradıb: «Hətta bu əlaqələr o həddə çatıb ki, Azərbaycanda 8 yolun inşaat işlərinin podratı İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan şirkətlərə verib.

Tək bu fakt deyil. Cavid Qurbanovun İranla əlaqələrini sübutlayan yetərincə dəlillər mövcuddur. Taleh Bağırzadənin antiAzərbaycan ruhlu xütbələrini oxuduğu «Vişnyovka»dakı məscid də Cavid Qurbanov tərəfindən maliyyələşdirilib. Buna isə ASC prezidentini də məhz sürücüsü razı salıb.

Digər bir fakt isə Cavid Qurbanovun davamlı olaraq İranın xüsusi xidmət orqanlarının ayrı-ayrı tədbirlərini maliyyələşdirməsidir. Bununla bağlı faktlar hətta Azərbaycanın da müvafiq dövlət qurumlarının diqqətini cəlb edib.

Belə bir şəraitdə kimin kimin sürücüsü olduğunu müəyyənləşdirmək çox çətindir. Çünki görünəni odur ki, Mahir Lənkərani Cavid Qurbanovu istədiyi yerə sürə bilib».

Mənbəmiz bildirir ki, son 10 ayda Azərbaycana məxfi qaydada 3 dəfə səfər edə bilmiş Sahir Lənkərani məhz Cavid Qurbanovun istəyilə gəlib: «O, başqa bir ad altında saxta pasportla Azərbaycan sərhəddini keçib və bir sıra sənədləşdirmə işlərini həyata keçirib. Güman olunur ki, Cavid Qurbanov hansısa obyektini onun adından çıxarıb və bunun üçün Mahir Lənkəraninin Azərbaycana gətirilməsinə ehtiyac yaranıb. Çünki ASC prezidentinin əksər obyektləri bu gün Mahir Lənkəraninin adınadır».

Bu arada mənbəmiz bir maraqlı faktı da açıqladı: «Mahir Lənkərani hər dəfəsində Azərbaycana Dağıstan istiqamətindən daxil olub. Cavid Qurbanovun qardaşı isə Xaçmazda polis rəisidir. Bu rabitəni araşdırmaq da mümkündür. Yəni ASC prezidentinin qardaşı Mahir Lənkəraninin Azərbaycana girişinə rahatlıqla şərait yarada bilər… Bir polis rəisi kimi»…

Mənbəmiz iddia edir ki, Cavid Qurbanovun sürücüsü yenə də Azərbaycana gələcək: «Təbii ki, bu yaxınlarda belə bir səfəri gözlənilir. Artıq bu barədə Cavid Qurbanovun yaxın adamları da məlumatlıdırlar. Odur ki, dövlətin ayıq olmasına ehtiyac var».

Geri qayıt