Əsas Səhifə > Şou-biznes > TOLİK İSA QƏMBƏRƏ "LAZIMSIZ İNSAN" DEDİ

TOLİK İSA QƏMBƏRƏ "LAZIMSIZ İNSAN" DEDİ


18-10-2013, 11:04
TOLİK İSA QƏMBƏRƏ "LAZIMSIZ İNSAN" DEDİ
Prodüser Tarix Əliyev xalq artisti Aygün Kazımovanın Müsavat partiyasının başqanı İsa Qəmbərə həsr olunan mahnı ifa etməsi haqda çıxan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, prodüser “İnstagram” səhifəsində bu xəbərlərin əsassız olduğunu bildirib: “Bunu əsasən bəzi özlərini ağıllı sayıb Aygün Kazımovanın adını lazımsız insanlarla halandıran bəzi savadsız jurnalistlərə və tülkü kimi qorxaq müğənnilərə çatdırıram. Aygün Kazımova həmişə Heydər Əliyev siyasətinin vurğunu olub və indi də İlham Əliyev siyasətini dəstəkləyir. Bunu hər zaman onun dilindən də, əməlindən də eşitmişik, yoxsa bəzi müğənnilər seçki kampaniyasına getmirdilər ki, qoy pul versinlər gedək. Ağzımı açmayın, simasızlar. Şər atanda görün kimə və hansı atırsız”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Aygün Kazımovanın Müsavat partiyası başqanı İsa Qəmbər 1993-cü ilin iyulunda həbsdə olarkən, ona dəstək olmaq üçün yazılan “Səni dərd böyüdəcək” mahnısı yayılıb.



Geri qayıt