Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANLI MÜCAHİD PAKİSTANDA ÖLDÜRÜLÜB

AZƏRBAYCANLI MÜCAHİD PAKİSTANDA ÖLDÜRÜLÜB


23-01-2012, 13:23
AZƏRBAYCANLI MÜCAHİD PAKİSTANDA ÖLDÜRÜLÜB

XƏQANİ İMAMVERDİYEVİ AMERİKANLAR QƏTLƏ YETİRİB

ABŞ-ın Pakistanda həyata keçirdiyi hərbi əməliyyat zamanı azərbaycanlı mücahid öldürülüb. Bu barədə APA-ya Azərbaycanın hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Pakistanda ötən gecə ABŞ-a məxsus pilotsuz təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində 5 mücahid öldürülüb. Onların arasında bir Azərbaycan vətəndaşı da var. O, Bakı şəhər sakini, 23 yaşlı Xəqani Sahib oğlu İmamverdiyevdir. Naməlum şəxslər Pakistandan mərhumun atasına zəng edərək, ABŞ qüvvələrinin hücumu zamanı onun oğlunun da şəhid olduğunu bildiriblər.

Məlumatda həmçinin bildirilir ki, X. İmamverdiyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O, hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirli bilinir. Bir neçə il əvvəl Azərbaycanı tərk edən X. İmamverdiyev Pakistana gedərək Taliban qüvvələrinə qoşulub.


Geri qayıt