Əsas Səhifə > Gündəm, Manşet > GƏDƏBƏYİN BAŞÇISINA QARŞI İMZA TOPLANILIR

GƏDƏBƏYİN BAŞÇISINA QARŞI İMZA TOPLANILIR


17-10-2013, 09:56
GƏDƏBƏYİN BAŞÇISINA QARŞI İMZA TOPLANILIR
ƏLİ ABDULLAYEVİN ÜRƏYİNİ PARTLADAN RAMİZ YEDİYAROVDAN ŞİKAYƏT VAR

DİA.AZ: - Gədəbəyin icra başçısı Ramiz Yediyarovun rayon sahibkarlarına etdiyi zülmlər bu günlərdə dünyasını dəyişən sahibkar Əli Abdullayevin faciəli aqibətindən də bəllidir. Xatırladaq ki, mərhum Əli Abdullayev KXCP fəallarından idi və Ramiz Yediyarov ona məxsus olan obyekti içi əşya dolu yerlə-yeksan etmişdi. Bütün bu baş verənlərdən həyəcan keçirən Əli Abdullayevin ürəyi nəhayətdə tab gətirə bilmədi.

DİA.AZ-a bu məsələni xatırladaraq müraciət edən gədəbəyli sahibkarlar iddia edir ki, artıq Ramiz Yediyarovun vəzifəsindən alınması üçün imza toplamağa start veriblər. Sahibkarlar adından redaksiyamızın elektron poçtuna göndərdiyi müraciətində S.Muradxanlı yazır:

«Ramiz Yediyarovun vəzifəsindən azad edilməsi üçün prezident İlham Əliyevə müraciət hazırlamışıq və çalışırıq ki, Gədəbəyin sahibkarlarının, tanınmış simalarının, ziyalılarının imzası ilə müraciətimizi Bakıya göndərək. Biz gədəbəylilər Ramiz Yediyarovun başçılığı altında idarə olunmağımızı istəmirik. Bu adam əgər vəzifəsində qalacaqsa, Gədəbəydə bir başıpapaqlı qalmayacaq».

Sahibkarların müraciətində iddia olunur ki, artıq bu günə kimi işi-gücü yalnız pul toplamaq olan, müxtəlif bəhanələrlə sahibkarları müflisləşdirmək olan Ramiz Yediyarovun getməsini istəyən 246 tanınmış gədəbəylinin imzasını alıblar: «Proses davam edir və yetərli sayda imza toplanandan sonra prezidentə müraciətimizi çatdıracağıq. Və inanırıq ki, İlham Əliyev Gədəbəy camaatının istəyini nəzərə alacaq».

Geri qayıt