Əsas Səhifə > Hadisə > ZİYA MƏMMƏDOVUN İŞÇİSİ DÖYÜLDÜ

ZİYA MƏMMƏDOVUN İŞÇİSİ DÖYÜLDÜ


23-01-2012, 12:11
ZİYA MƏMMƏDOVUN İŞÇİSİ DÖYÜLDÜ

TAKSİ SÜRÜCÜLƏRİNİN SƏBR KASASI DAŞIB

Bakıda taksi sürücüsü Nəqliyyat Nazirliyinin əməkdaşını döyüb.

Nizami rayon rokurorluğundan Trend-ə verilən məlumata görə, Babək prospektində xidmət aparan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı İbrahim Elvis oğlu Hüseynov ilə taksi sürücüsü 1981-ci il təvəllüdlü İbrahim Telman oğlu Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya səbəb olub və taksi sürücüsü küt alətlə müfəttişin başından xəsarət yetirib.

Qeyd edək ki, İbrahim Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma başlayıb.


Geri qayıt