Əsas Səhifə > Gündəm, Manşet > MƏMUR-SAHİBKAR TOQQUŞMASI DABAM EDİR

MƏMUR-SAHİBKAR TOQQUŞMASI DABAM EDİR


23-01-2012, 12:00
MƏMUR-SAHİBKAR TOQQUŞMASI DABAM EDİR

SAHİBKARI ÖLÜM HƏDDİNƏ ÇATDIRANA YAP-DAN YÜKSƏK ETİMAD

DİA.AZ: - Xəbər verdiyimiz kimi, 16 dekabr 2011-ci il tarixdə "Şəki-Bazar" ASC-nin rəhbəri V.Abdullayev və daha 2 vəzifəli şəxsi həbs edildi. Həmçinin qeyd etmişdik ki, 15 dekabr tarixində bazar ərazisində insident baş verib və nəticədə satıcılardan biri "Şəki-Bazar" ASC-nin rəhbərliyinin qanunsuz əməllərinə dözə bilməyərək özünü yandırmağa cəhd etdi.

Yeri gəlmişkən, xatırladırıq ki, analoji hadisə 1 il əvvəl də Şəkidə yaşanıb: bir mömin zərgər, bazardakı emalatxanasına görə ondan birdən-birə 7 dəfə artıq yerpulu istənilməsinə etiraz olaraq özünü yandırmağa cəhd etmişdi. O vaxt həmin insident ört-basdır edilsə də, bu dəfə hüquq-mühafizə orqanları bir az “cəld tərpənərək” hadisəni ən azandına araşdırmaya götürdülər.

ASC-nin rəhbəri V.Abdullayev onlara mane olmaq istədikdə isə onu 2 köməkçisi ilə birlikdə "polisə müqavimət" adı altında həbsə atdılar.

Lakin az sonra - 19 dekabr tarixində V.Abdullayev və köməkçiləri həbsdən azad edildi. Rəsmən təsdiq olunmasa da, mötəbər mənbələrə görə o, artıq nəinki "Şəki-Bazar" ASC rəhbərliyindən kənarlaşdırılıb, hətta Şəkidən də qovulub.

Baş verən hadisələrlə bağlı, Şəki Rayon Prokurorluğu hələlik heç bir rəsmi açıqlama vermir, həmçinin cinayət işinin açılıb-açılmaması da məlum deyil.

Onu da xatırlatdaq ki, keçən ilin fevral ayında da şəkli sahibkarlardan biri yerli hakimiyyətə etiraz olaraq özünü körpüdən atmaqla intihar etmişdir. O vaxt mərhum sahibkarı intihara vadar edən vəzifəli şəxslərdən ikisi həbs edilsələr də, sonra onlar icbari cəza ilə azadlığa buraxıldılar və onlardan birinə - Eldəniz Qəhrəmanova yüksək "etimad" göstərildi: o, YAP Şəki Təşkilatının aparatında ştatlı məsul vəzifəyə irəli çəkildi. Bir sözlə, Şəkidə sahibkar-məmur toqquşması kuliminasiya həddinə çatsa da, bu prosesə kimsə müdaxilə etmək istəmir. Əksinə, günahkarlar mükafatlandırılır.

Son olaya gəlincə isə, bu barədə redaksiyamıza çox maraqlı məlumat daxil olub. əldə etdiyimiz informasiyaya görə, "Şəki-Bazar" ASC-nin rəhbəri V.Abdullayev əslində icraçıdır və Şəki bazarı yüksək çinli məmurlardan birinin himayəsi altındadır: “Ona görə də Abdullayev dərhal həbsdən buraxıldı. Amma o, azadlığa çıxsa da, bazarı da əlindən çıxarıb. Artıq bazara yeni rəhbərin təyin edilməsi planlaşdırılır”.


Geri qayıt