Əsas Səhifə > Gündəm, Manşet > RUSİYADAN SUAL: «HANI ABBAS ABBASOV?»

RUSİYADAN SUAL: «HANI ABBAS ABBASOV?»


16-10-2013, 10:26
RUSİYADAN SUAL: «HANI ABBAS ABBASOV?»
«BÜTÜN BU OYUNLAR MOSKVANIN RƏSMİ BAKIYA QARŞI TƏZYİQ PLANIDIR»

DİA.AZ: - 13 oktyabrda Moskvanın Biryulevo rayonunda baş verən insidentdən sonra Rusiyada yaşayan azərbaycanlıların günü qara olub. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup soydaşımız olduqca əsəbi formada Azərbaycan baş nazirinin sabiq müavini, hazırda Rusiya Azərbaycan Təşkilatları İttifaqının prezidenti kimi ictimailəşən Abbas Abbasovdan giley-güzar etməkdədirlər

Rusiyadakı azərbaycanlılar yazır: «Abbas Abbasov dünənə qədər Azərbaycan diasporasını özünün təmsil etdiyini yazır. Putinə təbrikləri təbrik dalınca ünvanlayır və özünün Kremlə yaxın olduğunu bildirir. Hanı bu yaxınlığı? Hanı bu təmsilçiliyi? Hanı Abbas Abbasov?»

Soydaşlarımız yazır ki,.artıq Rusiyada elə bir şərait yaradılıb ki, azərbaycanlılar kütləvi şəkildə təqib olunur: «Burada bir məqsəd var: BİZ RUSİYANI TƏRK ETMƏLİYİK! Bunu polis də bizə deyir, yerli camaat da… İndi aydın olur ki, bütün bunlar oyun imiş. Yalan yerə azərbaycanlını şərlədilər. Amma bu qətldə azərbaycanlı(lar)nın günahı yoxdur. Hamısı oyundur.

Rus hakimiyyəti Bakıdakı hökumətə təzyiq etmək üçün bütün bunları düşünüb. Məqsədləri budur ki, Bakını qorxutsunlar. Abbas Abbasov da qınına çəkilib. Elə ağsaqqalsansa, gəl, millətə sahiblik et!»

Geri qayıt