Əsas Səhifə > Gündəm, Manşet > FIRILDAQ QURBANLARI ETİRAZA QALXIR
FIRILDAQ QURBANLARI ETİRAZA QALXIR23-01-2012, 11:57 |
“GEN” MMC VƏ “KAMRAN” MMC-NİN ƏMƏLLƏRİNİN BƏDƏLİNİ DÖVLƏT ÖDƏMƏLİDİR DİA.AZ: - GEN MMC və "Kamran" MMC şirkətlərinin aldadılmış payçıları yenə də öz haqları uğrunda mübarizələrini davam etdirirlər. Bu barədə redaksiyamıza müraciət edən payçıların nümayəndələri bildiriblər ki, sabah saat 11-də yenidən Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırlar. Redaksiyamız ünvanlanan müraciətdə o da bildirilir ki, bü gün saat 13.00-da jurnalistlər üçün mətbuat konfransı da keçiriləvək: “Bizim məsələmizi ətraflı şəkildə işıqlandırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Aldadılmış payçıların problemini hökumətə və hakimiyyətə çatdırmaq üçün bu məsələ ictimailəşməlidir. İçtimaiyyətin xəbəri olmalıdır ki, ev almaq istəyən adamlar bizim kimi dələduzların qurbanına çevrilməsinlər”. Onu da bildirək ki, sözügedən inşaat firmalrı tərəfindən aldadılmış vətəndaşların dövlət başçısına, Ombudsmana, Baş Prokuroluğa çoxsaylı müraciətlərinə baxmayaraq, onların problemi bu günə qədər həll olunmayıb. Baş Prokurorluq önündə keçirilən etiraz aksiyasından sonra isə fırıldaqçılıq və xidməti vəzifədən sui-istifadə haqqında cinayət işi açılıb. Bildirək ki, işi Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparır. Bu şirkətlərin məsul şəxsləri saxlanılıb. Lakin vətəndaşların pulları hələ də qaytarılmayıb, eyni zamanda, onlar mənzillə də təmin olunmayıblar. Bu tikinti qurumları öz-özünə yaranmayıb, onların himayəçiləri var və çox güman ki, bu, yüksək vəzifəli məmurlardır. Bu barədə danışan aldadılmış payçılar bildirir ki, dövlət bu fırıldaqçılığa görə məsuliyyət daşımalıdır: “Belə ki, bu şirkətlərin dövlət qeydiyyatı var idi, dövlət reyestrinə daxil edilmişdilər, onlara tikinti üçün torpaq sahəsi ayrılmışdı və s.”. Aldadılmış payçılar bildirirlər ki, bu şirkətlər əvvəlcədən satılmış mənzilləri təkrarən başqalarına satmaqda davam edirlər. Eyni zamanda, ATV telekanalında bu kimi tikinti şirkətlərinin reklamın getməsindən narahat olduqlarını vurğulayıblar. Onu da qeyd edək ki, tikinti zamanı pul yığımı lazımi şəkildə bank vasitəsilə deyil, şirkətin müvəkkili vasitəsilə nağd ödəmə yolu ilə həyata keçirilir: “Bu, vergilərin gizlədilməsi deməkdir, lakin tikinti şirkətlərinə qarşı belə ittiham irəli sürülməyib. Mənzil alqısı isə notarial təsdiqi olmayan müqavilələr əsasında həyata keçirilib”. Qeyd edək ki, tikinti biznesi hiylələrində ilk qurbanları olan 2006-cı ildə “Gen” MMC şirkəti oldu. Şirkət aldatdığı müştərilərdən təxminən səkkiz milyon manat toplaya bildi. Bu gün bu şirkətin 310 aldadılmış müştərisi öz hüquqları uğrunda mübarizəni davam etdirir. İş üzrə şirkətin direktoru Elbrus Əliyev və daha 8 əməkdaşı həbsdədir. “Kamran” tikinti şirkətinin fırıldaqları 2011-ci ildə baş tutub, bu şirkət aldadılmış müştərilərdən 5 mln. manat toplamağa müvəffəq olub. Hüquqları uğrunda mübarizə aparan müştərilərin sayı 100-ə yaxındır. Bu günə mövcud olan müştərilərini aldadan demək olar ki, bütün tikinti şirkətləri “Şərurlu İsfəndiyar” kimi tanınan sahibkar İsfəndiyar Axundova məxsusdur. Geri qayıt |