Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN «QOÇULARI»NI DURDURAN YOXDUR

ZİYA MƏMMƏDOVUN «QOÇULARI»NI DURDURAN YOXDUR


14-10-2013, 11:43
ZİYA MƏMMƏDOVUN «QOÇULARI»NI DURDURAN YOXDUR
NN MÜFƏTTİŞLƏRİ BU DƏFƏ MƏTBUAT İŞÇİSİNİ «XALTURA»DA İTTİHAM ETDİ

DİA.AZ: - Nəqliyyat müfəttişlərinin sürücülər üçün bir bəla olması barədə yerli mətbuatda yetərincə yazılıb. Bu dəfə də DİA.AZ-a daxil olan şikayətdə məhz Ziya Məmmədovun «odda yanmaz, suda batmaz» qoçularından giley-güzar var.

Narazı vətəndaş bildirir ki, bu gün səhər saatlarında Sumqayıt istiqamətindən Bakıya gəlirmiş: «Və hər gün olduğu kimi, yenə də yolda qalan və Bakıya gəlmək istəyənlərdən bəzilərini Allah xatirinə maşınıma mindirdim. Onları «Şamaxinka» deyilən ərazidə düşürdüm və bu zaman nəqliyyat nazirliyinin müfəttişləri maşınımı əhatəyə aldılar».

Vətəndaş bildirir ki, faşist Almaniyasının «SS»-çilərini xatırladan NN müfəttişləri onu qanunsuz taksi xidməti göstərmək ittiham ediblər: «Yaxşı ki, jurnalistəm və ilk dəfə idi ki, mətbuatda işləməyimə sevindim. Həm maşınımın üzərində Mətbuat Şurasının «Press» nişanı var idi, həm də vəsiqəmi göstərməklə, onlara mətbuatda işlədiyim sübut etdim».

Vətəndaşın sözlərinə görə, onlar bununla da kifayətlənməyiblər: «Mənim mətbuat işçisi olduğumu bildirməyimə baxmayaraq, onlar məndən əl çəkmədilər və maşınımı əlimdən almağa, nömrəmi açmağa çalışdılar. Mən də onların biri maşında ola-ola ərazidən sürətlə uzaqlaşdım. Və yol boyunca da maşında qalan NN müfəttişlərindən biri ilə mübahisə etdik. Sonra onu metronun «20 Yanvar» stansiyasının yanında düşürtdüm».

Vətəndaş bildirir ki, əgər jurnalist olmasaydı, yəqin ki, vəziyyəti daha da kritik olacaqdı: «Hər halda, dövlətin müvafiq qurumları bu qoçuları durdurmalıdırlar. Çünki hadisə baş verərkən yaxınlıqda DYP əməkdaşları da var idi. Amma onlar da Ziya Məmmədovun qoçularının işlərinə müdaxilə etmədilər. Demək, adamlar toxunulmazdılar».

Geri qayıt