Əsas Səhifə > Sosial, Manşet > HANSI DÖVLƏT QURUMU İSLAHATA UĞRAYIR?

HANSI DÖVLƏT QURUMU İSLAHATA UĞRAYIR?


11-10-2013, 14:18
HANSI DÖVLƏT QURUMU İSLAHATA UĞRAYIR?
PREZİDENT ADMİNİSTRASİYASINDA TOTAL KADR İSLAHATLARI GÖZLƏNİLİR

DİA.AZ: - Dünən Nazirlər Kabinetinin heyətində baş verəcək dəyişikliklərlə bağlı aldığımız məlumatları diqqətinizə çatdırmışdıq. Bildirək ki, bu siyahı ilə bağlı redaksiyamıza olduqca ilginc reaksiyalar gəlib. Hətta olub ki, nazirliklərdən birinin işçisi (etika xatirinə onun adını çəkmirik -red.) DİA.AZ-a telefon açaraq «Siz kimsiniz ki, filankəs müəllimi işdən çıxarırsınız» deyərək əsəbi reaksiya da verib.

Əslində biz həmin filankəs müəllimi də, onun işçisini də yaxşı anlayırıq. Amma onlara anlada bilmədik ki, biz sadəcə olaraq aldığımız informasiyaları oxucularımızla paylaşırıq və açıqladığımız siyahının hökm olmadığını da xüsusi olaraq qeyd etmişik. Hər halda, Nazirlər Kabinetinin yeni heyətini prezident müəyyən edəcək.

Məlumatımızda onu da bildirmişdik ki, eyni şəkildə digər dövlət qurumlarında da ciddi kadr islahatlarının həyata keçiriləcəyi söylənilir. Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbə iddia edir ki, konkret olaraq Prezident Administrasiyasının heyətində ciddi dəyişikliklər gözlənilir.

Mənbənin söylədikləri: «Konkret olaraq kimin gedib-gedəcəyini bəri başdan söyləmək mümkün olmasa da, PA-da bu gün bir-birilərini nəinki həzm etməyən, hətta bir-birilərinə qənim kəsilən bir neçə qütbləşmənin olması səbəbindən dəyişikliklərin qaçılmaz olduğu faktdır. Bu gün PA-da mahiyyət etibarı ilə kifayət qədər ziddiyyətli fiqurlar mövcuddur. Onların bir-birilərilə dil tapması isə gözlənilən deyil».

Xatırladaq ki, bu günlərdə hətta yenicə olaraq PA-da vəzifəyə gətirilmiş Məhərrəm Əliyevin belə başqa bir vəzifəyə transfer olunacağı haqda məlumatlar yayılmışdı. Bildirilirdi ki, keçmiş «qorotdel» şefi Müdafiə Nazirinin müavini postuna getmək istəyir.

Geri qayıt